ABŞ kisənin ağzını kəşfiyyata açıb - Gələn il kəşfiyyata 21 milyarda yaxın pul xərclənəcək

img

02-11-2017 [22:25]


ABŞ 30 sentyabr 2017-ci il tarixində başa çatan maliyyə ilində hərbi kəşfiyyata 18,4 mlrd. dollar vəsait xərcləyib.

Bu barədə Pentaqon məlumat yayıb.

Cümə axşamı yayılan qısa bəyanatda bildirilir ki, hərbi kəşfiyyat proqramı, eləcə də, xarici əməliyyatların reallaşdırılması üçün ayrılan büdcə 18,4 mlrd. dollar təşkil edib.

Müdafiə Nazirliyi qeyd edib ki, bu proqramın detalları və ya onun maliyyələşdirilməsi barədə heç bir əlavə məlumat olmayacaq.

Pentaqon iyunda ABŞ Konqresindən 2018-ci maliyyə ili üçün hərbi kəşfiyyata 20,7 mlrd. dollar istədiyini bəyan edib/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA