Qurban Qurbanovdan “Atletiko” ilə oyunqabağı açıqlama: "Soyuqqanlı şəkildə oynamalı, top itirməməyə çalışmalıyıq"

img

30-10-2017 [23:39]


"Çox güclü komandaya qarşı oynayacağıq. Rəqib bizə öz gücünü Bakıda göstərdi. Bizə həddindən artıq ağır olacaq. Buna baxmayaraq, sona kimi mübarizə aparacağıq”.
 
Bu barədə  "Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib.
 
"İlk növbədə, düzgün oynamalıyıq. Hücum qurmağa cəhd etməliyik. Bunu bacarsaq, yaxşı nəticə ilə ayrıla bilərik. Biz  soyuqqanlı şəkildə oynamalı, top itirməməyə çalışmalıyıq. İnanıram ki, futbolçular bunu bacaracaqlar. Bu gün "Atletiko” bizdən daha yuxarıdır. Biz bunu qəbul etməliyik. Sadəcə, əzmkarlığa çox ehtiyacımız var. Çatışmayan cəhətlərimizi bəzi komponentlərimizlə üstələməliyik. Bizim borcumuz rəqibə qarşı çəkinmədən oynamaqdır. Rəqibin gücünü də nəzərə alaraq, bəzi şeyləri qəbul etməliyik. Futbolçular kimə qarşı oynadıqlarını və səfərdə meydana çıxacağımızı başa düşürlər. İnanıram ki, meydana çıxan hər kəs özünü yaxşı tərəfdən göstərəcək və kollektivə daha faydalı olmağa çalışacaq”, deyə Q.Qurbanov qeyd edib.
 
Qeyd edək ki, Ağdam klubu Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində sabah Madrid "Atletiko”sunun qonağı olacaq.

APAsport.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA