Azərbaycanda daha bir idman növü “Topaz”a qoyulur - FOTOLAR

img

26-10-2017 [14:54]


Bir çox ailələrin bəlasına çevrilən "Topaz” bu dəfə pulu başqa bir idman növündən çıxarmaq fikrinə düşüb. Belə ki, mərc oyunu şirkəti siyahısına triatlon idmanı da daxil etməyi planlaşdırılır.

Mia.az xəbər verir ki, unikal.org-un əldə etdiyi məlumata görə, Azərbaycanda bir neçə il öncə yaradılan Triatlon Federasiyası mərc oyunu şirkəti ilə anlaşıb. Yaxın zamanda triatlon idmanı da mərc oyunlarına qoyulub.

Hazırda Azərbaycan Triatlon Federasiyasının rəsmi saytında "Topaz”ın reklamı gedir.

Onu da vurğulayaq ki, federasiya ilə əlaqə saxladığımız zaman xəttə "Topaz”ın reklam çarxı musiqisi səsləndirilirdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA