İdmançılar “İnter Arena”dan çıxarılır - İcarə pulu ödəyə bilmədiyi üçün

img

19-10-2017 [14:42]


Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Karate Federasyasında maaş qalmaqalı yaşayıb. Federasiya 6 aydır ki, maaş üzünə həsrət qalıb.

Mia.az xəbər verir ki, unikal.org-un əldə etdiyi məlumata görə, iş o yerə çatıb ki, qurum hazırda "İnter Arena”nın daxilində olan məşq etdikləri zalı da tərk edə bilərlər.

"Aqrarkredit” QSC idarəçiliyində olan "İnter Arena”dan idmançıları çıxarmaq ehtimalı var.

Belə ki, rəhbərlik karateçilərə və "İnter” klubuna hələlik arenada məşq etməyə icazə verib. Lakin bu müvəqqəti haldır.

Həm futbolçular, həm də karateçilər yaxın zamanda arenanı tərk etməli, yeni məkan tapmalıdırlar. "İnter” klubu arenaya icarə pulu ödəyə bilmədiyi üçün sadəcə, kommunal xidmətlərini ödəməklə kifayətlənirlər.

Qeyd edək ki, oktyabr ayının 28-dən etibarən "İnter” adını dəyişərək "Keşlə” adıyla fəaliyyət göstərəcək.



Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA