Qurban Qurbanovdan "Atletiko" ilə bağlı açıqlama: "Ən azı yaxşı mübarizə göstərməyə çalışacağıq"

img

17-10-2017 [15:04]


"Ən azı yaxşı mübarizə göstərməyə çalışacağıq".

Bunu UEFA Çempionlar Liqasının qrup mərhələsində Bakıda keçiriləcək "Qarabağ" - "Atletiko" oyunundan əvvəl mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov deyib.

Q.Qurbanov bildirib ki, rəqib barədə çox danışmağa ehtiyac yoxdur: "Atletiko"nu hamımız yaxşı tanıyırıq. Son 4 ildə 2 dəfə ÇL-in finalına çıxıblar. İspaniya çempionluğunu qazanıblar. Rəqibin oyunlarına baxmışıq. Öz oyun dəst-xətti olan komandadır. Ən azı yaxşı mübarizə aparmağa, meydanda öz oyunumuzu sərgiləməyə çalışacağıq.

Çox istərdik ki, sabahkı matçda da azarkeşlər tribunaları doldursunlar".

Trend


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA