UEFA Azərbaycan komandalarına pul ayırdı - 460 min avro...

img

11-10-2017 [12:45]


UEFA 2017-2018-ci il mövsümündə Avropa Liqasında (AL) iştiraka görə ayırdığı maliyyə vəsaitini AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürüb. 

Mia.az AFFA-ya istinadən xəbər verir ki, bu il Azərbaycanda ən çox pul qazanan "Qəbələ” olub.
 
Belə ki, "qırmızı-qaralar”ın büdcəsinə 460 min avro əlavə olunub. 

Turnirdə iştirak etmiş digər klublarımız – "Zirə” və "İnter” isə müvafiq olaraq, 440 min avro qazanıblar.
 
"İnter” üçün nəzərdə tutulmuş vəsait klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda hesabına köçürüləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA