"İnanıram ki, çox yaxşı baş məşqçi olacaq" - Ertuğrul Sağlamdan Rəşad Sadıqovla bağlı maraqlı açıqlamalar

img

05-10-2017 [23:34]


"Məni bura Rəşad Sadıqov dəvət etdi. O, mənim dostumdur. 2006-2007-cı illərdə "Kayserispor"da birgə çalışmışdıq. Çox yaxşı oynayırdı. Sonradan yenə Azərbaycana qayıtdı. Yəni, sevimli qardaşımızdır".

Bunu "Report"a açıqlamasında Türkiyə super liqasının bir çox komandalarının sabiq baş məşqçisi olmuş Ertuğrul Sağlam deyib.

48 yaşlı mütəxəssis bildirib ki, Bakıya səfəri təkcə Rəşad Sadıqovun vida matçında iştirak etməkdən ibarət deyil:

"Bura Sadıqovu görməyə, izləməyə gəldik. Həm də Azərbaycan və Çexiya milli komandalarını görmək istədik".

Sağlamın fikrincə, Sadıqov gələcəkdə yaxşı baş məşqçi ola bilər: "Çünki çox çalışqan, dürüst xarakterlidir. İnanıram ki, çox yaxşı baş məşqçi olacaq".

Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA