“Bavariya”nın baş məşqçisi Karlo Ançelotti istefaya göndərildi - PSJ-yə uduzmağın əvəzi...

img

28-09-2017 [19:07]


Almaniyanın "Bavariya” komandasının baş məşqçisi Karlo Ançelotti istefaya göndərilib.
 
"Report” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Münhen təmsilçisi müvəqqəti olaraq köməkçi-məşqçi Villi Sanyola həvalə olunub. 

O, komandanı Bundesliqanın VI turunda "Herta” ilə görüşə çıxaracaq. Bundan sonra yeni baş məşqçinin adı açıqlanacaq.

Qeyd edək ki, "Bavariya” ötən gecə Çempionlar Liqasının qrup mərhələsinin II turu çərçivəsində Fransada PSJ-yə 0:3 hesabı ilə uduzub. Münhenlilər Bundesliqada 6 turdan sonra 13 xalla 3-cü pillədə qərarlaşıb. Karlo Ançelotti 1 iyul 2016-cı ildən Almaniya təmsilçisinə rəhbərlik edir. Onun komandası ötən mövsüm ölkə çempionu olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA