05-06-2017 [13:44]
"Maşın” realiti şousundan sonra gündəmə gələn musiqiçi Cavad Rəcəbov və eks-gəlini Günel Axundova arasında qalmaqal yaşanıb.
Bu gün Axundova primetime.az-a keçmiş qayınatasının onu evindən çıxarmaq istdədiyini, Rəcəbovun təkidi ilə ailəsinin dağıldığını iddia edib:
"12 ildir yaşadığım ev eks-qayınatamın adına olduğu üçün məhkəmə yolu ilə biz buradan çıxarılırıq. Evimiz Zığ yolunda, köhnə doqquz mərtəbədə təmirsiz mənzildir. Oğlum məktəbini bitirənə qədər atasından və babasından vaxt istəyib. O isə "Mənə dəxli yoxdur” deyə cavab verib. Hər şeyi o qədər gözəl qurublar ki, keçmiş həyat yoldaşımın adına heç nə yoxdur. Hətta avtomobili belə öz adına deyil. İcra məmuru məktəbi bitirməsinə qədər vaxt vermədiklərini bildirdi. 6 iyun tarixində evdən çıxmalıyıq. Getməyə isə yerimiz yoxdur. Bu qədər haqsızlığa dözmək çox çətindir”.
"Qafqazinfo” mövzu ilə bağlı Cavad Rəcəbovla əlaqə saxlayıb.
"Boş söhbətlərdir, mənə aidiyyatı yoxdur. Qanun-qayda var. Zəhmət olmasa vəkilimlə əlaqə saxlayın”- deyə musiqiçi bildirib.
Sənətçinin vəkili Elçin Ağayev qalmaqalın hüquqi tərəfini izah etməyə çalışıb:
"Cavad Rəcəbov sabiq gəlininə qarşı məhkəmədə iddia qaldırıb. Mənzildən çıxarma tələbinə dair. Həmin xanımın mənzildən istifadə hüququ olmayıb. Rəcəbovun oğlu belə həmin mənzildə qeydiyyatda olmayıb. Cavad müəllim həmin evi oğlu ilə gəlini nikaha girməmişdən uzun müddət əvvəl alıb. Günel Axundova Lənkərana gəlin köçüb. Bir müddət burada qalıblar. Daha sonra oğlu Cavid Rəcəbovun Bakıdakı işi ilə bağlı tez-tez paytaxta gedirdilər. Bir müddət sonra ailədə problem yaranıb və Cavid Lənkəran Rayon Məhkəməsinə müraciət edib, cütlük boşanıb. Oğlu iddia edir ki, günahkar gəlin olub və aralarındakı ər-arvad münasibətləri pozulub. Cavid Rəcəbov məhkəməyə müraciət edib və könüllü şəkildə aliment ödəmək istədiyini bildirib. Xitam verilib, aliment qəpiyinə qədər ödənilir. Bu mövzu ilə bağlı münaqişə və mübahisə yoxdur. Cavad Rəcəbovun nəvəsi ilə münasibəti çox gözəldir. Tez-tez görüşürlər və uşağın bütün problemləri qarşılanır. Hətta, uşağa sürücü belə tutulub”.
Fotoda: Cavid Rəcəbov
Vəkil sənətçinin nəvəsinin də evindən çıxarması ilə bağlı yayılan məlumatlara belə aydınlıq gətirib: "Cavad müəllim oğlunun evin zirzəmisində, studiyada qaldığını görüb, eyni zamanda oğlanla xanımın arasında yaşanan münaqişəni nəzərə alaraq, həmçinin mülkün ona aid olduğu üçün məhkəməyə iddia qaldırıb. Bunun uşağa aidiyyatı yoxdur. İddia ərizəsində uşağın evdən çıxarılması ilə bağlı hər hansı bir fikir yer almayıb. Əgər xanım övladının yanında qalmağı üçün məhkəməyə müraciət edibsə, deməli, onun müəyyən xərclərini ödəməyi barədə ehtiyacları öz boynuna götürüb. Cavad müəllimin dediyinə görə, xanım istəmirsə, evdən çıxsın, övladı Cavid Rəcəbova verilsin. Mənzil uşağa qurbandır. Məhkəmə qətnaməsinə görə, xanım kirayə köçəcəyi təqdirdə uşağa münasibətdə xərcləri ata-baba öz üzərinə götürüb. Bununla bağlı Günel xanıma məlumat verilib. Məntiqi nəticə olaraq həmin xanım uşaqdan istifadə edərək mənzil əldə etmək istəyir.
Bundan sonra Günel Axundova apellyasiya şikayəti verib. Hakim qərarı qüvvədə saxlayıb. Kassasiya qaydasında xanım bir müddət evdə qalıb. Xanım Cavad müəllimə müxtəlif insanlarla xahiş etdirib ki, ona vaxt verilsin. Cavad müəllim rəsmi ərizələrlə Xətayi Rayon İcra Şöbəsinə müraciət edib. Bildirib ki, qış mövsümüdür, uşaq məktəbə gedir, hava soyuqdur. Aprelin 1-nə kimi vaxt istədi. Daha sonra iyunun 1-nə kimi yenidən vaxt istəmək barədə müraciət edib. Rəcəbov da yenidən icazə verib. Artıq iki dəfə icra şöbəsinə ərizə ilə müraciət olunduqdan sonra məsələ məhkəməyə gedib çıxıb”.

Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ