28-09-2016 [11:19]
Mia.az Afaq Aslanın ölkə.az-a verdiyi müsahibəni təqdim edir:
- Niyə daha çox qalmaqallı müğənni kimi tanınırsınız?
- Ona görə ki, məni gözü götürməyənlər həddindən artıq çoxdur. Afaq yekə bir daş olub hamısının təpəsinə düşüb. Məni rəqib görənlər həddindən artıq çoxdur, amma mən heç kimi özümə rəqib görmürəm.
- Həmçinin ifanızdan daha çox açıq-saçıq geyimlərinizlə gündəmə gəlirsiniz...
- Əslində mahnılarım da çoxdur, yetəri qədərdir. Açıq-saçıqlığa gəldikdə isə burada nə var ki? Hansısa geyimin mənə yaraşdığını görürəm və geyinirəm. Deməli, mənim xarici görkəmim insanlarda daha çox maraq yaradır.
- Bəs ailəniz açıq-saçıq geyinmənizə nə deyir?
- Onlar bunu normal qarşılayırlar. Balaca vaxtından ürəyim istəyəni geyinirən, məni belə görməyə alışıblar. Ancaq kim bilir, bir də gördünüz ki, Afaq çadraya keçdi. (gülür)
- Sizdən hansısa xəbər verəndə saytların istifadə etdiyi fotonuz qar qız obrazındakı foto idi. Qar qız "Şaxta babanı” tapa bilbmi?
- "Şaxta baba” məni tapdı desək daha doğru yanaşmış olarıq. Mən şaxta babaların arzusunda olan qar qızam.
- "Şaxta baba” nəçidir?
- Biznesmendir.

- Sevgililəriniz əsasən hansı peşənin sahibi olurlar?
- Əlbəttə ki, biznesmen. Özlərinin şəxsi biznesləri olur...
- Bəs sənətçilərdən sizinlə sevgili olmaq istəyən olub?
- Nəinki sevgili, hətta evlilik təklifi edən belə olub. Bunlardan əlavə məmurlardan da az sevgi təklifi gəlmir. Neçəsi qapımda gözləyib. Yüksək rütbəlilər və məmurların maraq dairəsində olan biriyəm. Çoxlarının arzuladığı, lakin onlar üçün əlçatmaz olan biriyəm.
- Bu qədər biznesmen sevgilin olub. Arzulayıb həyata keçməyən arzunuz varmı?
- Şəxsi təyyarəmin olması ən böyük arzumdur. Hansısa xarici ölkəyə uçanda hər kəslə birgə uçmayım, adiləşməyim deyə…
- Nədən ehtiyatlanırsınız?
- Çevrəmdən daima ehtiyat etmişəm. Hər kəsə dost demərəm. Arxadan çox vurulmuşam. Elə insandan elə bir zərbə görürsən ki, dəhşətə gəlirsən. Müğənni tayfası ilə dostluq etmək olmaz.

- Müsahibələrinizin birində yalnız Burak Özçivitlə erotik filmə çəkilmək istədiyinizi demişdiniz…
- O mənim ideal kişi obrazımdır. Burak Özçivitlə bütün erotik səhnələrə belə çəkilərəm. Ancaq ondan başqası ilə hem vaxt…
- İdelal kişi obrazı dedikdə nəyi nəzərdə tutursuz?
- İdela kişi odur ki, xanımını ovucunun içində saxlamağı bacarmalıdır. Mənim kimi adamın yükünü qaldırmaq elə də asan deyil. Sevdiyim insan məni hər şeylə təmin etməyəcəksə, o zaman nəyimə lazımdır? Həyatımda sevmədiyim insan olub, inanın ki, mənə yalvarıb. Deyib, sənə ev alıram, maşın alıram, obyekt hədiyyə edirəm, ürəyin istəyən hər şeyi verirəm sadəcə mənə "hə” de. Yox demişəm ona...
- Neçə dəfə sevmisiniz?
- Beş-altı dəfə... İlk sevdiyim şəxslə də evləndim.
- Münasibətiniz pis olduğu müğənnilər var?
- Var, hətta elə müğənni var ki, eyni efirə mağırıblar, ağlaya-ağlaya çıxıb deyib ki, mən Afaqla eyni efirə çıxmaq istəmirəm.
- Yaradıcılığınızın ikinci planda qalmasına səbəb nədir?
- Xarici görkəmim ifamı geridə qoyur. Yeni mahnılar, yeni layihələr üzrə işləyirəm, ancaq sabah bu mahnılarla, layihələrlə yanaşı bir fotosessiya etdirsəm, mahnılarım kənarda qalacaq, hamı bu fotolardan danışacaq. Onu da deyim ki, bu sənətə başlayanda hobbi olsun deyə başlamışdım.
- 1 milyona soyunaram demişdiniz. Yəqin ki, 50 minə də toya gedərsiz...
- Niyə də yox... Deyəsən, siz məni 50 minə toya gətirib, toydan sonra da 1 milyon verib soyundurmaq istəyirsiz. (gülür)
- Toylara çox getmirsiniz, çağıran yoxdur?
- Müğənni əlçatmaz olmalıdır. Hər pulu olan müğənnini gətirib toyunda oxutmamalıdır. Mənim anlayışım belədir. Toylara demək olar getmirəm. Az-az gedirəm və onları da özümü seçirəm. Toya neçəyə getdiyimi isə demək istəmirəm.

- Yaxın gələcək üçün planlarınız necədir?
-Yeni mahnılar, layihələr üzərində çalışıram. Yaxın günlərdə partlayış edəcəyəm. Ümumi olaraq soruşursunuzsa, Türkiyə şou-biznesinə qatılmaq fikrim var. Həm də orada biznes qurmaq istəyirəm.
- Gözəlliyinizə vurğunsunuz, bəs özünüzü 50 yaşında necə təsəvvür edirsiniz, bu sizdə kompleks yaradırmı?
- Mən 50 yaşından da daha tez bu sənətdən gedəcəyəm. "Biznes ledi” olacam. Əslində restoranım var idi. Amma alınmadı, bağladım. Çox ziyana düşdüm...
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı