08-09-2016 [17:26]
Türkiyəli musiqiçi Caner Tepecik müğənni Rəqsanə İsmayılova ilə bağlı şikayət edib.
Mia.az xəbər verir ki, axşam.az-a açıqlama verən C.Tepecik ifaçı ilə işbirliyi qurduğunu, amma pulunu ala bilmədiyini deyib.
O bildirib ki, Rəqsanə mahnılarının hazırlanması üçün 16 min dollar ödəməlidir:
"Azərbaycanda musiqiçi Hacı Nazim Məmmədovla çalışıram. 3 ay əvvəl Nazim mənə zəng etdi ki, sənətçi dostum var, onun 4 mahnısını aranjiman etmək lazımdır. Həmin ərəfədə çox işim varıydı, Emrahın serialının musiqilərini aranjiman edirdim. Nazimin sözünü yerə sala bilmədim, o, çox dəyər verdiyim, sözünə sadiq olan dostlarımdan biridir. Əlimdəki işlərə ara verib, gün ərzində iş saatımı 20-yə qaldırdım. 4 mahnını aranjiman edib, göndərdim. Nazimlə belə işləyirik ki, mahnını aranjiman edib göndərirəm, pulun yarısını mənə ödəyirlər. Aranjimanı dinləyib, geri göndərir, üzərinə başqa musiqi alətlərini canlı çaldırıb hazırlayıram, 1 gün sonra pulum butöv formada ödənilir.
Bir mahnını normal halda 3-4 günə hazırlayıb bitiririk. Mən pulumu aldıqdan sonra, müğənni istədiyi vaxt oxuya bilər. Rəqsanə xanıma 4 mahnı hazırladım. Nazimin sözünü yerə sala bilmədiyim üçün mahnını göndərdim, pulun yarısı ödənilməliydi, olmadı. Mən mahnını tam hazırlayıb verdim. 1 ay sonra mənə pulu bütöv ödəyə bilməyəcəyini, hər həftə bir az verəcəyini dedi. Nazimdən soruşdum, o da kömək etməyimi istədi. Rəqsanə xanımın bu istəyi ilə də razılaşdım. Etdiyim işin yarısının yarısından az – 2500 dollar ödənildi. Ümumilikdə 16000 dollar ödənməlidir”.
C.Tepecik R.İsmayılovanın ona hədə-qorxu gəldiyini bildirib:
"Mən də hər dəfə Nazimə zəng edirəm. Musiqiçi adamam, duyğusal insanam, özümü pis hiss etməyə başladım. Bundan əvvəl nə Nazimlə, nə də İstanbulda başqa müğənni ilə belə hadisə yaşamamışam. Türkiyənin ən məşhur simaları ilə işləmişəm, bu cür hərəkət görməmişəm.
Əlimdəki bütün işi atıb, Rəqsanə xanıma xidmət göstərdim. Pulum hələ də ödənilmir. Hər dəfə bir bəhanə uydurdu, hər dəfə "yaxşı" dedim, beləcə, 3 ay keçib.
Nazimə zəng vurub dedim ki, xəbərin olsun, Azərbaycanın Türkiyədəki səfirliyinə və Türkiyənin Azərbaycandakı səfirliyinə şikayət edəcəyəm. Rəqsanə xanım bunu eşidəndə, bizi mafiya ilə hədələdi.
Nazimə dedim ki, qardaşım, bəlkə biz səhv edirik, bizə borcu olan odur, yoxsa biz ona pul verməliyik?
Dostum mənim yanımda çox pis vəziyyətə düşdü, kaş bu halı yaşamazdıq. Amma buradan da deyirəm, Rəqsanə xanımla bağlı lazımi orqanlara müraciət edəcəyəm".
Musiqiçi əlavə edib ki, o, Azərbaycandan Abbas Bağırov, Zarina, Elton, Röya Ayxan, Günay İbrahimli kimi müğənnilərlə çalışıb, heç biri ilə problem yaşamayıb.
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK