18-04-2016 [22:37]
Vergidən yayınan sənət adamlarının adları açıqlanacaq.
Mia.az xəbər verir ki, bu haqda musavat.com saytına Vergilər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Şahin Məmmədov məlumat verib.
O, bildirib ki, nazirlik ilə problem yaşayan müğənnilərin siyahısı mətbuata təqdim ediləcək: "Müğənnilər 2016-cı ilin birinci rübü üzrə fəaliyyətlərinə dair aprelin 1-dən 20-ə kimi bəyannamələr təqdim edirlər. Aprelin 20-də sadələşmiş vergi bəyannamələri başa çatır. Biz də 1 həftə ərzində araşdırma aparacağıq, verdikləri məlumatları təhlil edəcəyik. Aprelin sonunda vergidən yayınan şou-biznes nümayəndələrinin adını açıqlayacağıq. Ötən ilin sonlarında qaydaları sərtləşdirdik. Sənətçilər dekabrda 11 ayda ödədiklərindən daha çox vergi ödəmişdilər. Əvvəlki illərə nisbətən hazırda vergi ödəyən sənət adamlarının sayı artıb”.
Müğənni Ayan Babakişiyeva bildirib ki, vergi ödəmək hər bir vətəndaşın borcudur: "İkinci devalvasiyadan sonra demək olar ki, toya dəvət edənlər yoxdur. Əlbəttə, qazanırıqsa, vergi də ödəməliyik. Mən toylara çox nadir hallarda gedirəm. İştirak etdiyim toyların çoxu dost-tanış toyudur”.
Meyxanaçı Namiq Qaraçuxurlu isə toyların sayının azalmasından şikayətlənib: "Uzun müddət Azərbaycandan uzaqda yaşadım. Çindən qayıdandan sonra başım sənətimə qarışdı, mahnı yazdırıb, klip çəkdirdim. Bilirsiniz ki, toyların sayı kəskin azalıb. Ayda bir toya dəvət alanda sevinirik. Vergi ödəmək hər vətəndaşın borcudur. Təki iş olsun, biz də vergimizi ödəyək”.
Qeyd edək ki, vergilər nazirinin müavini Sahib Ələkbərov mətbuata açıqlamasında müğənnilərin vergi ödəməməsindən gileylənmişdi: "Şou-biznes nümayəndələri, böyük məbləğ müqabilində toya gedən müğənnilər 50 manat vergi ödəyirlər. Amma səhər tezdən küçələri süpürən və bunun müqabilində 300 manat məvacib alan süpürgəçi axır qəpiyinədək vergi ödəyir. Ay ərzində 10 toya gedən, yüksək gəlir əldə edən vergi ödəmək istəmir. Xeyir ola?! Aparılan maarifləndirmə işlərindən sonra ötən ilin dekabrında şou-biznes nümayəndələri tərəfindən ödənilən verginin ümumi məbləği dəfələrlə artıb. Bu ilin birinci rübündə də bu sahədə artım var”.
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK