15-03-2016 [10:09]
Bir müddət öncə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun xidməti avtomobilinin fotoları yayılıb və bu fotolar geniş səs-küyə səbəb olub.
Mia.az Musavat.com-a istinadən xəbər verir ki, yayılan xəbərlərdə Mingəçevirin icra başçısının xidməti avtomobilində, salonda, qabaq oturacaqda oturan xanım açıq-saçıq hərəkətləri ilə ətrafdakıların diqqətini cəlb edib. Əl-qol hərəkətləri, ucadan oxudulan pop musiqi səsi, gülüş sədaları...
Məsələnin bu qədər böyük səs-küyə səbəb olmasını nəzərə alaraq, Mingəçevir Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlayıb, məsələ ilə maraqlanmışdıq. İcra hakimiyyətindən musavat.com-a verilən açıqlamada bildirmişdilər ki, həmin fotodakı kadrlar saxtadır və həqiqəti əks etdirmir. Bununla yanaşı, onlar lazımi qurumlara müraciət edərək, məsələni araşdıracaqlarını bildirmişdilər: "Biz əvvəlcə Mətbuat Şurasına, bundan sonra əgər ehtiyac olsa, digər rəsmi qurumlara, hüquq-mühafizə orqanlarına da müraciət edəcəyik”.

Məsələnin üzərindən bir müddət keçdiyi üçün yenidən mövzuya qayıtmağa ehtiyac duyduq. Çünki irəli sürülən iddialar çox ciddidir. Əgər iddialar həqiqətdirsə, bu, icra başçısının işdən çıxarılması ilə belə nəticələnə bilər. Buna görə də icra hakimiyyəti ilə əlaqə saxlamağa çalışdıq. Lakin cəhdlərimiz boşa çıxdı. İcra hakimiyyətindən heç kim telefon zənglərimizə, mesajlara cavab vermədi.
Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyevlə əlaqə saxladıq. K.Əliyev müraciətlə bağlı onda məlumat olmadığını bildirdi: "İcra hakimiyyətindən müraciət olunması ilə bağlı məndə heç bir məlumat yoxdur. Ola bilər ki, katiblikdə bu haqda məlumat var. Ümumiyyətlə hər hansı bir rəsmi qurum və ya səlahiyyətli orqan tərəfindən nəqliyyat vasitəsinin hansı təşkilata və yaxud da şəxsə məxsusluğu ilə bağlı sorğu göndərilərsə, sözsüz ki, ona cavab veriləcək. Rəsmi sorğu olmasa, biz bu barədə məlum verə bilmərik. Bu, qanunla tənzimlənir”.
Mingəçevir Şəhər İcra Hakimiyyətinin "fotodakı avtomobil başçının xidməti maşını deyil” sözünü sübuta yetirmək üçün hərəkətə keçməməsi, bu böhtanı təmizləmək istiqamətində addım atmaması ağıllarda bəzi suallar yaradır. Əgər həqiqətən fotolarda göstərilən avtomobil Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun xidməti maşını deyilsə, niyə bunu sübut etmək üçün səy göstərmirlər? Mətbuata bu barədə bilgi verilmədi? Sanki Mingəçevir İH məsələnin səngiməsinə, unudulmasına çalışdı.

"Yeni Müsavat”a verilən məlumata görə, həmin maşında olan xanım şou-biznes nümayəndəsidi. Onun Niyazi Bayramovun xidməti maşınında hara getdiyi, ümumiyyətlə, məmur avtomobilinə necə, hansı statusla mindiyi hələlik məlum deyil. Bu istiqamətdə araşdırmalarımız davam edir.
Bu və digər sualların cavabını bizə icra hakimiyyəti verməli idi. Lakin telefon zənglərimizə cavab verən tapılmadı. Buna baxmayaraq, Mingəçevir Şəhər İcra Hakimiyyətinin məsələ ilə bağlı rəsmi mövqeyini dərc etməyə hazırıq.
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK