10-03-2016 [19:55]
Adı müğənni Samir Piriyevə qarşı dələduzluqda hallanan şoumen Kamran Həsənli məsələnin mahiyyəti barədə danışıb.
Mia.az xəbər verir ki, o, ANS-ə açıqlamasında 2008-ci ildə Türkiyədə tikinti və yanacaqdoldurma fəaliyyəti ilə məşğul olan "Beypet” adlı şirkətin rəhbəri Ərhan Yılmaza 300 min avro ödəyərək şirkətin səhmdarı olduğunu deyib:
"Mənim səhmdar olmağım bütün şou-biznesə yayıldı. Bir müddətdən sonra müğənni Samir Piriyev mənə bildirdi ki, o da, həmin şirkətdən səhm almaq istəyir. Mən də ona məsələ barədə məlumat verdim və Samir dəfələrlə Türkiyəyə gedərək şirkətin rəhbəri ilə görüşüb, onların fəaliyyəti barədə ətraflı tanış olub. Daha sonra isə onlar Samirin 250 min dollar ödəməsi şərti ilə şirkətin 10% səhmdarı olacağı barədə Ərhanla razılığa gəliblər. Ancaq Samirin 250 min dolları ödəməyə imkanı olmadığı üçün 2009-cu ildə 115 min dollar ödədi və səhmdar oldu. Ancaq o pul ödədikdən bir müddət sonra şirkət iflas etdi”.
Şoumen deyir ki, müğənninin Ərhan Yılmazla razılığa gəlməsində onun heç bir rolu olmayıb və Samirdən də pulu o, almayıb: "Şirkətin rəhbəri mənim məhkəməyə verildiyimi öyrəndikdən sonra mənim heç bir pul almadığımla bağlı rəsmi sənəd göndərib. Həmin sənəddən də mənim Samirdən bir qəpik də almadığım görünür. Şirkət bağlandıqdan sonra Samirə Ə. Yılmaz tərəfindən 15 min dollar ödəndi. Daha sonra Ərhanın xahişi ilə Piriyevə 20 min dollar qarşılığında şəxsi maşınımı verdim. Bunu sadəcə Ərhan pis vəziyyətdə qalmasın deyə eləmişəm. Yəni alanda da, verəndə də orada olmamışam. Şirkətin rəsmi sənədində də müğənniyə 80 min dollar borclu olduğu qeyd edilib”.
Kamran Həsənli onu da əlavə etdi ki, Samirin onu hadisədən 7 il ötəndən sonra polisə verməsini başa düşmür: "Mənə hələ də qaranlıqdır ki, bu qədər vaxt gözləyib. Deyirlər ki, şahidlərimiz var. Şahidlərdən biri sürücüsüdür. O deyib ki, Kamrana pulu çayxanada vermişik. Ay qardaş, işlə tanış olmadan çayxanada kiməsə 115 min dollar pul ödəyərlər. Bu məsələ hələ də qaranlıq qalır. Cinayət işi açılıb, ancaq mənə qarşı deyil, fakta görə açılıb. Hazırda da araşdırma davam etdirilir. Düşünürəm ki, əlimdə olan sənədlər mənim haqlı olduğumu ortaya çıxaracaq”.
Xatırladaq ki, bu gün bır sıra KİV-də Kamran Həsənlinin müğənni Samir Piriyev tərəfindən məhkəməyə verilməsi barədə məlumat yayılıb. Buna səbəbin isə Kamran Həsənlinin müğənniyə qarşı dələduzluq etməsi göstərilirdi.
Açıqlama verən müğənninin vəkili Ruslan Əhmədoğlu bildirdi ki, müvəkkilinin Nərimanov Rayon Polis İdarəsinə müraciət etməsinə səbəb dələduzluq faktı ilə əlaqədardır: ”Samir Piriyev bir müddət əvvəl Kamran Həsənliyə birgə biznes qurmaq üçün 125 min dollar pul verib. Daha sonra şəriklərin ortaq biznesi baş tutmadığı üçün S. Piriyev şoumendən həmin pulu geri qaytarmasını istəyib. Kamrah Həsənli isə 45 min dolları geri qaytarsa da, 80 min dolları sonra geri qaytaracağını deyib. Lakin üstündən vaxt keçməsinə baxmayaraq, K. Həsənli həmin pulu geri qaytarmayıb. Müğənni də məcbur olub polisə müraciət edib”.
Hüquqşünas bildirib ki, polis bölməsinə keçən ay müraciə edilib və idarədə mümkün dəlillər toplanıb və Nərimanov Rayon Prokurorluğuna göndərilib. Prokurorluqda isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanılıb və iş üzrə istintaqın davam etdirilməsi Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsinə tapşırılıb.
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK