21-02-2016 [19:46]
Rəqqasə Aytən musavat.com-a müsahibə verib. Mia.az həmin müsahibəni təqdim edir:
- Tez-tez qardaş ölkəyə gedirsiniz, mərasimlərdə səhnəyə çıxırsınız. Türkiyənin tanınmış rəqqasəsi Asena ilə dostluğunuz da hamıya bəllidir, birlikdə klip də çəkdirmişdiniz. Yeni işbirliyiniz olacaqmı?
- Asena ilə fotosessiyamız çəkilib. Burada onu efirə və xəbər portallarına verə bilmirəm. Rəqs paltarını açıq-saçıq geyinmədiyim üçün o fotolardakı geyimləri özümə uyğun hesab etmirəm. Asena da mənə görə fotoları təqdim etmir. Fotolar gözəldir, amma fotoşop ilə üzərində çox işlənib. Mən fotoşop sevmirəm, şəkillərdəki Aytən mənə bənzəmir, Asenayla əkiz bacı kimi görünürük. Ona görə fotoları bəyənmədim. Bilirsiniz ki, çox az hallarda açıq-saçıq rəqs libası geyinirəm. Ayın axırı Türkiyədən sırf efir üçün geyimlər gətirəcəyəm. Efir məni çox sıxır, verilişlərə dəvət edirlər, paltara görə gedə bilmirəm. Veriliş üçün paltarın orasını-burasını bağlamağı qəbul etmirəm.
Asena ilə Bakıda konsert verməyi düşünürük, məkan da danışılıb. Yeni biznes qurduğum üçün vaxtım yoxdur. Bəzən dəvət aldığım tədbirlərə rəqqasə qızları göndərirəm. Klip çəkdirmək istəyirəm. Məlumdur ki, Azərbaycanda telekanallar oriental klipi götürmür. Mən də Türkiyənin "Kral" telekanalı üçün klip çəkdirəcəyəm.
- Yeni biznes qurduğunuzu dediniz. Rəqqasə Aytən də digər şou əhli kimi biznes-ledi olacaq?
- Biznes-ledi olacağımı düşünmürəm. Biznes-ledi ayda 30-40 min gəliri olana deyilir. Yeni iş qururam, hazırlıqlar ötən ilin yay aylarından başlayıb. Özümə aid markam olacaq, dizaynı özüm edirəm. Geyimə aid sahədir, amma tam nə olduğunu açıqlamıram. Daha gözəl və keyfiyyətli alınmasını istəyirəm. Bundan əlavə, rəqs paltarları hazırlayıram. Rəqqasələrin hamısının bahalı rəqs paltarı almağa gücü çatmır. Mən hazırlatdığım paltarlar münasib qiymətə olacaq. Gördüyüm iş sənətimdən sonra ən sevdiyim məşğuliyyətimdir. Əvvəllər niyə bizneslə məşğul olmadığımı soruşurdular. Cavab verirdim ki, həvəsim yoxdur. İndi isə böyük həvəslə xanımların sevəcəyi işimi görürəm. Sifarişlər hazırlanır, tam hər şey hazır olanda mətbuatı yığıb təqdimat edəcəyəm.

- Manatın devalvasiyası sizə və biznesinizə necə təsir etdi?
- İndi vəziyyət çətindir. Rəqsdən illər öncə qazandığım pulları indi biznesimə sərf edirəm. Dolların məzənnəsinin qalxması mənə də təsir etdi. Türkiyədə ev almışdım, hazır idi, ayda 2000 manat ödəyirdim. Dollara görə aylıq ödənişim 3000-i keçdi. Mən də evi yeni tikilən evə dəyişdim. İndi götürdüyüm ev daha genişdir.
- Bilirik ki, Aytən hər mərasimə də getmir. İqtisadi böhrandan sonra bu adətinizi dəyişməmisiniz?
- Düzgün vurğuladınız, mən hər mərasimə getmirəm. Bu gün mənə zəng edib deyə bilməzlər ki, filan yerdə banket var, get oyna. Mənim öz çevrəm var. Ayda 4 səviyyəli işimin olması mənə bəsdir. Getdiyim mərasimdə mənim sənətimə qiymət verilməlidir. Məni məclisinə dəvət edən insan bilir ki, mənim sinəmə pul basmaq olmaz. Bir sənətə, rəqsə, bir də vücuda baxanlar var. Vücuda baxanların məclislərinə getmirəm. Mən yarım saat rəqsimi göstərib, paketin arasında pulumu alıb evimə qayıdıram. İndi rəqsdə çox gəlir yoxdur. Vaxtında sənətimdən gəlir əldə etmişəm.
- Rəqqasə həmkarlarınızla münasibətləriniz necədir? Özünü Aytənə bənzədənlər çoxdurmu?
- Özümə həmkar saydıqlarımla münasibətim yaxşıdır. Mən mənə xoş münasibət göstərən insanlara hər zaman "can" demişəm. Bəziləri isə rəqqasəlik adına ləkə gətirir. İndi "oriental rəqqasə"lərin sayı çoxalıb. Deyə bilərəm ki, "çakma" Aytənlərin də sayı artıb. Mənim isə yerimi heç kimə vermək fikrim yoxdur.
- Oriental rəqqasələrə hələ də münasibət birmənalı deyil. Rəqqasələr də dəfələrlə bunu etiraf ediblər. Sizcə, nə zaman valideynlər qızlarının oriental rəqqasə olmasını qəbul edəcəklər?
- Çox az hallarda valideyn övladının oriental rəqqasə olmasını qəbul edir. Mən də qızıma, bacım qızına, bacıma oriental rəqqasə olmağa icazə vermərəm. Çox çətin sənətdir. Bu sənətdəsənsə, ağıllı olmalısan, düzgün siyasət yürütməlisən. Məclisdə döyülə də, söyülə də bilərsən. Düşdüyün vəziyyətdən çıxmağı bacarmalısan.
- Rəqqasələr çox vaxt məclislərdə başlarına gələn pis hadisələrdən gileylənirlər. Bəziləri döyüldüyünü, bəziləri təhqir olunduğnu deyir. Sizin məclisdə başınıza gələn ən pis hadisə hansı olub?
-Allaha şükür ki, pis hadisələrlə qarşılaşmamışam. Mən qonağın baxışından bilirəm ki, nə demək istəyir. Heç vaxt qadın qısqanclığı ilə qarşılaşmamışam.

- İnsanlar nələri haqqınızda səhv bilir?
- Bəziləri məni aqressiv, eqoist və həyasız kimi tanıyırlar. Əslində elə deyiləm. Mənə deyirlər ki, efirdə çox "zloy" görünürsən. Qoç bürcüyəm. Mənimlə səmimi olan, xoş rəftar edən insana ürəyimi də verərəm. Amma arxamdan iş çevirənin ayağını elə tapdalayaram ki, özünə gələ bilməz. Elə bilirlər ki, rəqqasəyəm, gecə həyatım var. Bilmirlər ki, bütün günü evdə otururam. Dostlarımı qonaq dəvət edib, onlara yemək hazırlayıram. Ev həyatını sevirəm. Axşam 11-də evdə olmalıyam.
- Bəzi qadınlar bildirirlər ki, xanımlar arasında qısqanclıq və paxıllıq olur. Kişilər isə daha sədaqətli və anlayışlı olurlar, onlar öz xanım dostlarına daha doğru məsləhətlər verir, düzgün yol göstərirlər. Ona görə də qadınlar kişilərlə dostluq etməyə üstünlük verir. Bu fikirlə razısınızmı? Siz kişilərdən bu günə kimi nə öyrənminiz?
- Ağıllı qadınam, hər şeyin yerini bilirəm. Kişilərlə dostluq etməyə, onlardan nə isə öyrənməyə ehtiyacım yoxdur. Lazım gəlsə, mən kişiləri öyrədərəm. Bir-iki kişi dostum var, onlarla da illərdir ki, ailəvi dostluq edirik.
- Müsahibələrinizin birində demişdiniz ki, "həyat yoldaşım sənətimi qəbul etsə, onu kişi kimi görmərəm". Bu fikrinizdə hələ də qalmısınız?
- Bəli, fikrimi dəyişməmişəm. Evdə deyirlər ki, kişi olmalıydın, səhvən qız oldun. Çox qısqancam. Mən kişi olsam, həyat yoldaşımı etdiyi rəqsdən asılı olmayaraq rəqqasəlik etməyə qoymazdım. Ərə gedəndən sonra rəqqasəlikdən uzaqlaşacağam.
- Bəs Aytənin həyat yoldaşı necə biri olmalıdır?
- Yaraşıqlı və yanıma yaraşan olmalıdır. Mən görünüşə önəm verən insanam. Xasiyyəti isə dəyişərəm. Güclü və ağıllı qadınlar kişini öz istəyi hala sala bilir.
- Sənət yoldaşlarınız tez-tez sosial şəbəkələrdə yazılan şərhlərdən şikayət edirlər.
- Yazılan rəylərə fikir verirəm. İşsiz-gücsüz insanlar girib bizim sənət adamlarına təhqir yazırlar, Türkiyənin məşhurlarını isə tərifləyirlər. Bu gözəl şey deyil. Birinci özümüzə qiymət vermək lazımdır. Özünə qiymət verməyən insanlar sənət adamlarını təhqir edir. Mən Türkiyəyə tez-tez gedirəm, nə olsun ki, orada işlər görürəm? Mənim vətənimin müğənnisi hamıdan əzizdir. Türkiyənin məşhur modelyeri Semih ilə çalışıram, onun yanına tanınmışlar gəlirlər. Onların məşhurları ilə şəkil çəkdirməyi özümə sığışdırmıram. Petek Dinçöz, Linet ilə gözəl münasibətim var. Amma onlarla fotolarımı paylaşmıram. Mənim kimləsə özümü reklam etməyə ehtiyacım yoxdur.
Vüqar Səfərlinin əmlakı davası barədə qərar verildi - Həyat yoldaşının adına olan ev geri qaytarıldı
GENERAL APARAT RƏHBƏRİ TƏYİN EDİLDİ
Türkiyədə güclü zəlzələ olub
Pakistanda məsciddə terror: 24 nəfər ölüb, 100 nəfər isə yaralanıb
"Beşiktaş" kolumbiyalı qapçını heyətinə qatıb
"Karvan-Yevlax", "Kəpəz" və "Turan Tovuz" klubları cərimələnib
"Konyaspor" klubu yeni baş məqşçi ilə anlaşıb
Klinton Tramp və partiyasını qorxuya saldı: "Şounu buraxın, kameralar qarşısında ifadə verək"
"Ruhi Əliyeva və Səidə Bakırqızının aktyorluğu biabırçılıqdır"
Bu məşhurlar da saxlanıldı - FOTOLAR
İcarədar iş adamını ittiham edir: "Kompensasiyanı vermək əvəzinə məni susdurmağa çalışır"
Məşhurların övlad və nəvələri "İdrak"da oxuyurmuş - İllik 10 min manatdan başlayır (YENİLƏNİB)
Agbadou "Beşiktaş"la anlaşdı - Məşhur futbolçu İstanbula gəldi
"Azərlotereya"nın "Binqo" oyununda rekord cekpot qazanılıb
Sabah hava necə olacaq? - Proqnoz
Dövlət Gömrük Komitəsinin sabiq sədrinin köməkçisi həbs edildi - 423 min borc, boşanma, bağ evi və daha nələr....
Bank və dövlət sektorlarına fişinq cəhdi müəyyən olunub
Prezident İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib: "Biz bu gərginliyin aradan qaldırılması üçün..." - FOTOLAR
Regionda indiyə qədər olan pis-yaxşı nizam dağılır - Ərdoğan planını həyata keçirə biləcəkmi? (TƏHLİL)
"Yaşıl enerji məkanı" İşçi qrupunun növbəti iclası keçirilib
Ən yeni texnoloji cihazlar artıq “Bakcell Shop”da!
Nizaminin icra başçısına ağır itki üz verib
“Azercell”dən xüsusi “Samsung” kampaniyası!
"Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır və..." - XİN-dən paylaşım
Sumqayıtıda bir nəfər dəm qazından ölüb
DEPUTATLAR TOPLANIR: daha 12 qanun dəyişir - SİYAHI
Ev telefonları ləğv olunacaq? - Açıqlama
Britaniya Nigeriyaya təzminat ödəyəcək - 420 milyon funt sterlinq
Türkiyə gücləndikcə Qərb niyə əsəbləşir? -TƏHLİL
Xəzərdə balıqçılar xilas edilib - FOTO
Kirayəçi dəm qazından boğulub
Azərbaycan nefti cüzi ucuzlaşdı
Leyla Əliyeva BƏƏ-də tarixi məkanlarda - FOTOLAR
"Qalatasaray" Can Armando Güneri heyətinə qatıb - 350 min avroya
Türkiyə Kuboku: "Beşiktaş" qalib gələ bilmədi
Macarıstan Baş naziri: "Qərbin əxlaq dəyərləri çöküb"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Dövlət İmtahan Mərkəzi açıqlama yaydı
Axios: "ABŞ və Rusiya START Nüvə Müqaviləsini yeniləyib"