22-01-2016 [22:51]
Vergilər Nazirliyinin son aylar şou-biznes sahəsindəki müğənnilərin vergi ödəmələrində qayda-qanun yaradılması üçün apardığı işlər əməlli başlı səs-küy yaradıb. Dünənə qədər bahalı geyim-kecimləri, avtomobilləri, topdağıtmaz malikanələri ilə gündəmdə olan, toylara çox yüksək qiymətlərlə getdiyini deyib öyünən müğənnilərin əksəriyyətinin indi səsi çıxmır. Son günlər hətta TV-lərdəki şou verilişlərində belə, onların dəbdəbəli həyat tərzi ilə bağlı süjetlərə, yaxud da baha qiymətə toy aparmaqları ilə bağlı açıqlamalara rast gəlinmir.
Bütün bunlar vergi orqanları tərəfindən şou-biznes nümayəndələrinin əldə etdikləri gəlirlərin vergiyə cəlb olunmasına nəzarətin gücləndirilməsindən sonra baş verib.Bəs görülmüş işlər vergi daxiolmalarına necə təsir edib?
Şou-biznes sahəsindən vergi daxilolmaları artıb
Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən Modern.az saytının sorğusuna cavab olaraq bildirilib ki, şou-biznes sahəsində çalışan vergi ödəyicilərinin fəaliyyətinə nəzarət gücləndirildikdən sonra bu sahədən vergi daxilolmalarında artım müşahidə olunmaqdadır:
"Təkcə 2015-ci ilin dekabr ayında şou-biznes sahəsindən dövlət büdcəsinə daxilolmalar həmin ilin əvvəlki 11 ayına nisbətən 3 dəfə çox olub. Bu müsbət hal kimi dəyərləndirilsə də, təəssüf ki, nəticələr hələ reallıqda ödənilməli olan vergi məbləğlərindən çox aşağıdır.
Hazırda vergi orqanları sadələşdirilmiş vergitutma rejimində çalışan vergi ödəyicilərinin (şou-biznes əhlinin mütləq əksəriyyəti məhz bu rejimdə çalışır) ötən ilin son rübü üzrə təqdim etdikləri bəyannamələri təhlil edir, fəaliyyəti aktiv olan vergi ödəyicilərinin bəyannamə və hesabatları, fəaliyyəti passiv kimi göstərilmiş vergi ödəyicilərinin isə fəaliyyət göstərib-göstərmədikləri araşdırılır. İlkin araşdırmalar göstərir ki, musiqi fəaliyyəti ilə məşğul olan şəxslərin bir qismi ya öz fəaliyyətlərini dayandırdıqlarını, ya da təqdim etdikləri bəyannamələrdə guya gəlir əldə etmədiklərini göstərsələr də, əslində fəaliyyətlərini yenə əvvəlki kimi davam etdirərək gəlir əldə edir, lakin vergiləri tam həcmdə ödəməkdən yayınmağa cəhd göstərirlər”.
Bəzi müğənnilər fırıldağa əl atılar…
Məlumatda həmçinin qeyd edilib ki, bəzi müğənnilər vergi orqanlarının diqqətindən yayınmaq üçün fəaliyyət növlərini dəyişirlər:
"Məsələn, əgər müğənninin gözəllik salonu və ya hansısa başqa bir obyekti varsa, öz iqtisadi fəaliyyət növünü həmin obyektin fəaliyyəti ilə bağlamağa, "salondan əldə etdiyim gəlirdən vergi ödəyirəm” deməklə digər, o cümlədən müğənnilik fəaliyyətindən əldə etdikləri gəlirlərini gizlətməyə çalışır. Bəzi tanınmış müğənnilər isə şadlıq evlərindəki qeydiyyat kitablarına hər toya görə guya cəmi 70, 50, 30 manat, hətta 10 manat aldıqlarını yazdırmaqdan belə, çəkinmirlər.
Bundan əlavə, əsasən paytaxtda fəaliyyət göstərsələr də, Bakıdan kənardakı vergi orqanlarında qeydiyyatdan keçərək öz vergi öhdəliklərini regionlar üçün müəyyənləşdirilmiş 2 faizlik dərəcə ilə ödəməyi düşünən müğənnilər də var.
Belələrinə xatırladırıq ki, Vergi Məcəlləsinin 220.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının digər şəhər və rayonlarında vergi uçotuna alınmış, lakin Bakı şəhərində fəaliyyət göstərən sadələşdirilmiş verginin ödəyiciləri həmin vergini qeydiyyatdaolduqları yerdən asılı olmayaraq, Bakı şəhəri üzrə müəyyən olunmuş 4 faiz vergi dərəcəsi ilə ödəməlidirlər.
Vergi orqanlarını belə sadəlövhcəsinə aldada biləcəklərinə ümid edənlər isə başa düşməlidirlər ki, vergi əməkdaşları başqa planetlərdən gəlməyiblər. Onlar da bu torpaqda yaşayırlar, toy edib müğənniləri öz məclislərinə dəvət edirlər, özləri də toylara gedirlər və ən azı vergi qanunvericiliyini başqalarından yaxşı bilirlər”.
Şou-biznesdə çalışanların fəaliyyəti izlənilir
Həmçinin bildirilib ki, artıq Vergilər Nazirliyinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemində şou-biznes sahəsində çalışanların fəaliyyətinin izlənməsi üçün xüsusi proqram istifadəyə verilib:
"İctimai iaşə obyektləri və əyləncə mərkəzləri ciddi nəzarətə götürülüb və müğənnilərin bu obyektlərdəki bütün çıxışları qeydə alınır.İnformasiya bazasında toplanan məlumatlar belə vergi ödəyicilərinin vergi öhdəliklərinin müəyyən edilməsində istifadə olunacaqdır. Ona görə də bu zümrədən olan vergi ödəyicilərinə bir daha xatırladırıq ki, əyri yollara əl atmasınlar və gəlirlərini düzgün bəyan etsinlər.
Son aylar vergi orqanları tərəfindən şou-biznes sahəsində aparılan işlər daha çox müğənniləri vergi uçotuna durmağa dəvət etmək və vergi öhdəliklərini yerinə yetirməyin nə qədər vacib olduğunu onlara izah etməklə bağlı olub, maaarifləndirməyəüstünlük verilib. Bu günə qədər hələlik heç bir şou-biznes nümayəndəsinə qarşı sərt addım atılmayıb və ya cəza tətbiq edilməyib.
Lakin bütün bunlardan sonra d a vergidən yayınmağa cəhd edənlər isə tətbiq olunacaq sanksiyalara görə günahı haradasa yox, yalnız və yalnız özlərində görməlidirlər”.
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK