RƏSMİ TEHRAN QURU ƏMƏLİYYATINA HAZIRLAŞIR: “Ümid edirik ki, ABŞ bu səhvi etməz" – "Stiv Vitkovdan indi də birbaşa mesaj alıram"

img

01-04-2026 [00:24]


"Biz istənilən quru əməliyyatına hazırıq. Ümid edirik ki, düşmən – ABŞ və İsrail bu səhvi etməz".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-ın İrana qarşı mümkün quru əməliyyatı ilə bağlı Əl-Cəzirə televiziya kanalının suala cavabda deyib.

ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkovdan əvvəlki dövrlərdə olduğu kimi, indi də birbaşa mesaj aldığını təsdiqləyən nazir bunun danışıqların bərpası kimi qiymətləndirilməsini doğru saymayıb: “Bu, danışıqların bərpası demək deyil Hələlik İran danışıqlarla bağlı yekun qərar verməyib, lakin İranın müharibəyə son qoymaq üçün şərtləri ilk gündən elan edilib. İranın şərtlərinə hücumların təkrarlanmayacağına dair zəmanətlər və zərərin ödənilməsi daxildir. Ona görə deyə bilərəm ki, ABŞ-dan gələn 15 təklifdən heç birinə cavab verməmişik”.

Nazirin sözlərinə görə, İran atəşkəsi əsla qəbul etmir, etməyəəck: "Biz müharibənin təkcə İranda deyil, bütün regionda daimi bitməsini istəyirik"

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA