"MÜHARİBƏ BÖYÜK ÖLÇÜDƏ BİTİB..." - Tramp İranla bağlı yeni mesajlar verdi, dini lider seçimini bəyənmədiyini dedi

img

10-03-2026 [00:41]


"ABŞ İranla müharibədə məqsədlərinə böyük ölçüdə nail oldu. Hesab edirəm, müharibə geniş anlamda bitib. Onların nə donanması, nə hava qüvvələri, nə də rabitə əlaqələri var".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp Amerikanın CBS News kanalına  müsahibəsində bildirib.

ABŞ prezidentinin sözlrinə görə, İranla müharibə tezliklə bitəcək: "Biz 4-5 həftəlik plana vaxtından daha tez çatdıq".

Tramp İranın yeni lideri Müctəba Xameneyinin seçilməsini isə qəbuledilməz sayıb: "Ona deyəcək sözüm yoxdur. Heç nə".

ABŞ prezidenti Xamneyinin yerinə namizədi olub-olmaması barədə suala gəldikdə isə "Belə bir düşüncəm var", - deyib.

ABŞ prezidenti Tramp dünya neft tranzitində mühim rol oynayan Hörmüz boğazına nəzarəti ələ almağı da düşündüyünü gizlətməyib: "Belə bir plan var".

Samir MUSAYEV

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA