İran XİN başçısı Amerika mediasına danışdı: "İndi başqa bir atəşkəs istəyirsiniz?"- "Rusiya bizə müxtəlif sahələrdə kömək edir"

img

08-03-2026 [23:12]


"Müharibə birdəfəlik bitməlidir. Buna nail olmadığı müddətcə, xalqımız və təhlükəsizliyimiz uğrunda mübarizə aparmağa davam etməliyik".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Əraqçi Amerikanın NBC News televiziyasına geniş müsahibəsində deyib.

Nazir Yaxın Şərqdə mümkün atəşkəs çağırışları ilə bağlı suala cavabda bildirib ki, müharibəni ABŞ və İsraill başlayıb: "Onlar İran xalqını, qız şagirdləri  öldürdü, xəstəxanalara hücum etdi. İran isə öz xalqı və dövlətini qorumaq uğrunda mübarizə aparır. Qaldı atəşkəsə, dəfələrlə dediyimiz kimi, müharibə  müvəqqəti atəşkəslə deyil, birdəfəlik bitməlidir. Bilirsiniz, İsrail və ABŞ ötən ilin iyun ayında başlatdıqları 12 günlük müharibədən sonra atəşkəs  oldu, lakin bu,  artıq fevralın 28-dən pozulub. İndi başqa bir atəşkəs istəyirsiniz? Bu işə yaramayacaq".

Rusiyanın İrana hərbi kəşfiyyat məlumatı verib-verməməsi ilə bağlı suala cavab olaraq Arakçi bildirib ki, İran və Rusiya arasında əməkdaşlıq yeni və ya gizli bir şey deyil: "Onlar bizə bir çox müxtəlif sahələrdə kömək edirlər. Digər məsələr haqda isə ətraflı məlumatım yoxdur".

ABŞ-ın İrana quru qoşunları yeritmək ehtimalına gəlinndə, nazir buna hazır olduqlarını bildirib:  "Torpağımıza girən hər hansı bir düşmənlə döyüşmək, onları məhv etmək üçün gözləyən çox cəsur əsgərlərimiz var"

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA