Dövlət Gömrük Komitəsinin sabiq sədrinin köməkçisi həbs edildi - 423 min borc, boşanma, bağ evi və daha nələr....
06-02-2026 [12:17]
Dövlət Gömrük Komitəsinin müxtəlif yüksək vəzifələrdə çalışmış təqaüddə olan polkovniki Həbib Bağırlı həbs edilib.
Mia.az qaynarinfo-ya istinadla xəbər verir ki, 1980-ci il tarixdə Naxçıvan Muxtar Respublikasında anadan olmuş Həbib Bağırlı barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi protokol tərtib olunub və işə məhkəmədə baxılıb.
Məhkəmədə məlum olub ki, Həbib Bağırlının Bakıda fəaliyyət göstərən ASC-lərin birinə 423.489,69 manat borcu yaranıb. 2024-cü ildə Nərimanov rayon Məhkəməsi onun borcu ödəməsi barədə qətnamə çıxarıb.
Üzərindən xeyli müddət keçməsinə baxmayaraq, Həbib Bağırlı borcundan cəmi 99 min manata yaxın ödəniş edib və 325.033 manat ödənilməmiş borc qalıb.
Nərimanov rayon İcra və Probasiya Şöbəsi tərəfindən Bağırlı Həbib Zahid oğlu barəsində protokol tərtib edilərək məhkəməyə müraciət edilib. O, məhkəmədə bildirib ki, gömrük orqanlarında müxtəlif vəzifələrdə işləyib və pensiyaya çıxıb. Qeyd edib ki, hazırda aliment ödəyir, təqaüdünün 60 faizi alimentə yönəlir. Bu səbəbdən onun təqaüdünə yönəlmə dayandırılıb. İcra sənədi üzrə zamin olub, bağ evini girov qoyub, ev satılıb və borcun ödənilməsinə yönəldilib. Həbib Bağırlı barəsində inzibati xəta haqqında protokola xitam verilməsini məhkəmədən xahiş edib.
Məhkəmə isə təqaüddə olan polkovnikin xahişini nəzərə almayıb, onu İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilib və barəsində 15 gün müddətində həbs qərarı verib.
Qeyd edək ki, Həbib Bağırlı 2018-2022-ci illərdə Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevin köməkçisi olub. 2022-ci ildə Səfər Mehdiyev vəzifəsindən azad olunduqdan sonra o da işdən çıxarılıb və təqaüdə göndərilib. Həmin ildən 2024-cü ilə kimi "Səba" Açıq Səhmdar Cəmiyyətində təftiş və nəzarət şöbəsinin müdiri vəzifəsində çalışıb. Ehtimal edilir ki, Həbib Bağırlı ASC-də çalışdığı müddətdə sözügedən şirkətə 423.489,69 manat ziyan vurub.
Xatırladaq ki, Həbib Bağırlı Dövlət Gömrük Komitəsində çalışdığı müddətdə "Dövlət qulluğunda fərqlənməyə görə" və digər mükafatlara layiq görülüb.
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı