Ali Məhkəmənin sədri: "Etimad və şəffaflığın gücləndirilməsi..." - "Süni intellekt nə hakimi, nə də hüquqşünası əvəz edir"
05-02-2026 [11:00]
"Son illər məhkəmə aktlarının sabitliyinin yüksəlməsi bütövlükdə məhkəmə hakimiyyətinə olan inamın artmasına gətirib çıxarıb".
Mia.az xəbər verir ki, bunu Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov "LEGIS" Beynəlxalq Hüquq Forumunda deyib.
Onun sözlərinə görə, müasir dövrdə güclü iqtisadiyyat yalnız sərmayə və təşəbbüskarlıqla deyil, eyni zamanda etibarlı, çevik və proqnozlaşdırıla bilən hüquq sistemi ilə formalaşır: "Sahibkar üçün ən vacib məsələlərdən biri mübahisə yarandıqda ədalətli, şəffaf və operativ məhkəmə müdafiəsinə arxayın ola bilməsidir. Məhz bu etimad investisiya mühitinin əsas sütunlarından biridir. Azərbaycanda aparılan məhkəmə-hüquq islahatlarının mərkəzində də bu məqsəd dayanır. İxtisaslaşmış kommersiya məhkəmələrinin fəaliyyətə başlaması kommersiya mübahisələrinin daha peşəkar şəkildə baxılmasına, məhkəmə təcrübəsində vahid yanaşmanın formalaşmasına və qərarların hüquqi əsaslandırılmasının gücləndirilməsinə imkan verib".
İ.Kərimov bildirib ki, aparılan təhlillər kommersiya məhkəmələrinin icraatında olan mübahisələrin sayının ildən-ilə artdığını göstərir: "Bu artım bir tərəfdən iqtisadi aktivliyin göstəricisi, digər tərəfdən isə sahibkarların məhkəməyə və ədalətli qərar gözləntilərinə olan etimadının ifadəsidir. Güclü dövlət anlayışı məhz vətəndaş və sahibkar hüquqlarının qorunması ilə ölçülür. Bununla belə, inzibati məhkəmə icraatı sahəsində yeni mərhələyə uyğun islahatlara ehtiyac qalmaqdadır. Bu islahatlar həm tətbiq zamanı yaranan çətinlikləri aradan qaldırmalı, həm də müasir çağırışlara uyğunlaşmanı təmin etməlidir".
Ali Məhkəmənin sədri vurğulayıb ki, qanunun aliliyinin, etimad və şəffaflığın gücləndirilməsində alternativ mübahisə həlli mexanizmləri də mühüm rol oynayır:
"Ümid edirik ki, ölkəmizdə arbitraj institutlarının inkişafı kommersiya və mülki mübahisələrin daha operativ və səmərəli həllinə xidmət edəcək. Bu sahədə məhkəmə sistemi ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır və biz də bu istiqamətdə dəstək göstərməyə hazırıq"
***
"Süni intellekt nə hakimi, nə də hüquqşünası əvəz edir".
Bunu Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov "LEGIS" Beynəlxalq Hüquq Forumunda deyib.
O bildirib ki, süni intellekt düzgün və məsuliyyətli istifadə edildikdə, məhkəmə təcrübəsinin təhlilində, hüquqi sənədlərlə işdə və risklərin qiymətləndirilməsində effektiv köməkçi alətə çevrilir:
"Hazırda məhkəmələrdə bu istiqamətdə zəruri addımlar atılır və süni intellektin tətbiqi məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılmasına xidmət edəcək. Süni intellektin hüquqda tətbiqi artıq reallıqdır"(Report).
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK