TDT ölkələrində korporativ sosial məsuliyyət təcrübəsində QHT-lərin rolu müzakirə olunub - FOTOLAR
02-10-2025 [13:40]
Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistandan nüfuzlu və təcrübəsi olan QHT təmsilçiləri fikir mübadiləsi aparıblar, bu istiqamətdə əməkdaşlıq mexanizmlərinin yaradılması razılaşdırılıb.
Mia.az xəbər verir ki, “Prioritet” Sosial-İqtisadi Araşdırmalar Mərkəzi İB “Milli KSM təcrübəsinin inkişafında QHT-lərin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində “Korporativ sosial məsuliyyət təcrübəsində QHT-lərin iştirakı: Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təcrübəsi” mövzusunda onlayn formatda konfrans keçirib. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunur və əsas məqsədi şirkətlərin KSM siyasətinin formalaşmasında çoxtərəfli əməkdaşlıq və strateji yanaşmanı təşviq etmək, QHT-lərin iştirakçılığını gücləndirməkdir.
“Prioritet” Sosial-İqtisadi Araşdırmalar Mərkəzi İB sədri və layihə rəhbəri Zaur İbrahimli layihə haqqında məlumatlandırıb, iştirkaçıları təqdim edib və gözləntiləri səsləndirib. Türkiyə təcrübəsi haqqında Türkiyə Qadın Dərnəkləri Federasiyası başqanı Canan Güllü xanım çıxış edib. O, korporasiyalarla əməkdaşlıq modelləri, məişət zoraklığı, qadınların təhsili, məşğulluğu sahəsində KSM təşəbbüsləri ilə dəstəklənən layihələr barədə ətraflı məlumat verib. Bildirib ki, Türkiyədə QHT-lərin təxminən 40% KSM təşəbbüslərində iştirak edir. Canan xanım çoxsaylı sualları cavablandırıb və Azərbaycan QHT-lərinə tövsiyyələrini verib.
Qeyri-kommersiya sektorunda Özbəksitanın nüfuzlu və ən təcrübəli təşkilatlarından, “Şərq qadını” Benəlqalq Qadın İctimai Fondunun rəhbəri Saodat Tursunbayeva ölkəsinin təcrübəsini təqdim edib. Şirkətlərə birgə layihələr, sosial səhmlər, qadınlara və həssas təbəqələrə dəstək layihələri barədə ətrfalı məlumat verib. Xüsusən QHT-biznes ortaqlığı, social səhmlər buraxılması təcrübəsi haqqında sualları cavablandırıb və detalları açıqlayıb, öz tövsiyyələri ilə bölüşüb.
Qazaxıstan uğurlu Qadın Təşəbbüsləri Mərkəzinin rəhbəri Ayajan Uteuova “Sosial sahibkarlıq haqqında” Qanundan, social sahibkarlıqdan, bizneslə əməkdaşlıq və KSM layihələri barədə təqdimat edib. Uğurlu nümunələri diqqətə çatdırıb, bildirib ki, Qazaxıstan QHT-lərinin təqribən 15%-ə qədəri KSM təşəbbüslərində iştirak edir.
Millət vəkili, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Azər Allahverənov, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev, AQSİA rəhbəri Səkinə Babayeva, Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova, Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva, Qan Donorları Assosiasiyası” İctimai Birliyinin sədri Fuad Əsgərov və digərləri çıxış edərək öz fikirləri ilə bölüşüblər və təkliflərini diqqətə çatdırıblar.
Z.İbrahimli qeyd edib ki, konfrans iştirakçılarının rəy və təklifləri ümumiləşdiriləcək və biznes-QHT müzakirələrində təqdim ediləcək.
Si Cinpin Prezident İlham Əliyevə məktubu ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabah hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"