Özəl sektorun KSM siyasətində QHT-lərin rolunun gücləndirilməsinə yardım göstəriləcək
04-08-2025 [12:46]
“Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyi Azərbaycanda korporativ sosial məsuliyyət (KSM) təcrübəsində QHT-lərin rolunun gücləndirilməsi ilə əlaqədar yeni layihənin icrasına başlayıb.
Mia.az xəbər verir ki, “Milli KSM təcrübəsinin inkişafında QHT-lərin rolunun gücləndirilməsi” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunur.
Layihə özəl sektor və vətəndaş cəmiyyəti arasında əməkdaşlıqda boşluğu aradan qaldırmağı hədəfləyib. Azərbaycanda bir çox şirkətlər KSM fəaliyyətləri ilə getdikcə daha çox məşğul olsalar da, bu təcrübənin formalaşdırılmasında QHT-lərlə real məsləhətləşmələrin və onların iştirakının miqyası əsasən öyrənilməmiş olaraq qalır. Bu layihə, korporativ social fəaliyyətlərinin daha təsirli olmasını və cəmiyyətin ehtiyaclarına uyğun olmasını təmin edərək, şirkətlərin KSM siyasətinin formalaşmasında çoxtərəfli əməkdaşlıq və strateji yanaşmanı təşviq etməklə bu boşluğu aradan qaldırmağa çalışır.
Layihənin tədqiqat qrupu Azərbaycanda müxtəlif sektorları təmsil edən və müvafiq təcürbəyə malik, seçilmiş 20 şirkətin mövcud siyasət və təcrübələrini başa düşmək üçün 2023-2024-cü illər üzrə KSM fəaliyyətini, hesabatlarını təhlil edəcək. Əsas diqqət QHT-lərin bu proseslərdə iştirak səviyyəsi və roluna yönəldiləcək. Layihə, həmçinin şirkət nümayəndələri ilə bu əməkdaşlığa dair perspektivlərini və gələcəyə baxışlarını anlamaq üçün müzakirələr aparacaq.
Qlobal kontekst təmin etmək və icra edilə bilən tövsiyələri müəyyən etmək üçün layihə qabaqcıl xarici təcrübələrin nəzərdən keçirilməsini həyata keçirəcək. Tədqiqat QHT-lərin KSM siyasətlərinin formalaşdırılmasında necə effektiv iştirak etdiyinə dair qabaqcıl nümunələri müəyyən etmək üçün Türkiyə, Gürcüstan və digər ölkələrdən, o cümlədən Qlobal Cənubda Malayziya və İndoneziyadan olan uğurlu modelləri araşdıracaq.
Layihə tədqiqat hesabatının hazırlanması ilə yekunlaşacaq. Bu hesabat korporativ təhlil və ən yaxşı beynəlxalq təcrübələrin icmalının nəticələrini sintez edəcəkdir. O, həm şirkətlər, həm də QHT-lər üçün KSM siyasətinin strateji inkişafına QHT təcrübəsinin inteqrasiyasına diqqət yetirməklə, tərəfdaşlıqlarını necə gücləndirmək barədə konkret tövsiyələri ehtiva edəcək. Bunlarla yanaçı Türk Dövlətləri Təşkilatının üzvlərinin bu sahədə təcrübəsi öyrəniləcək və əməkdaşlıq imkanları araşdırılacaq. Özbəkistan, Qazaxıstan, Türkiyə QHT-ləri KSM fəaliyyətlərində iştirakı ilə əlaqədar onlyan formatda azərbaycanlı həmkarlarına təqdimatlar edəcəklər və mövzu ilə bağlı müzakirələr aparılacaq.
Nəticələrin geniş auditoriyaya çatmasını və töhfə verməsini təmin etmək üçün layihə komandası iki ekspert müzakirəsi təşkil edəcək. Bu tədbirlər zamanı layihə komandası tədqiqat nəticələrini təqdim edəcək və hesabatın tövsiyələrinin qəbulunu təşviq etmək üçün hökumət, biznes icması və vətəndaş cəmiyyətinin maraqlı tərəfləri ilə dialoq aparacaq.
Layihə rəhbəri “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İB sədri layihənin icrası ilə əlaqədar bildirib ki, effektiv KSM təkcə xeyriyyəçiliklə bağlı deyil, həm də müsbət sosial dəyişikliyə səbəb olan strateji tərəfdaşlıqdır: “Azərbaycanda hazırkı KSM təcrübəsni təhlil edərək və uğurlu beynəlxalq modellərdən öyrənməklə biz şirkətlərin və QHT-lərin bu sahədə daha effektiv nəticələr üçün necə birgə işləyə biləcəyinə dair aydın yol xəritəsi təqdim etməyi hədəfləyirik”.
Layihənin nəticələrinin öz KSM strategiyalarını təkmilləşdirmək istəyən şirkətlər, özəl sektorla daha effektiv əlaqə qurmaq istəyən QHT-lər və bu tərəfdaşlıqlar üçün əlverişli mühit yaratmaqda maraqlı olan dövlət orqanları üçün əhəmiyyətli ekspertiza və mənbə olacağı gözlənilir.
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb