"Beşiktaş" axtardığı oyunçunu Hollandiyada "tapdı"

img

19-12-2025 [21:33]


"Beşiktaş" 2 yanvar 2026-da stratı veriləcək ara transfer dönəminə indidən hazırlıq görür.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul klubu Hollandiya liqasında çıxış edən "Qroningen"də oynayan yarımmüdafiəçi Stije Resinki heyətinə qatmaq üçün hərəkətə keçib.

Məlumata görə, indidən sözügedən klub və oyunçu ilə danışıqlara başlanılıb: "İstanbul klubu 2 yanvara qədər "işi bişirmək" istəyir. Əgər danışıqlar müsbət atmosferdə davam edərsə, o zaman yanvarın əvəvlində müqaviləyə imza atılacaq".

Xatırladaq ki, hollandiyalı futbolçu bu mövsüm "Qroningen"də 17 oyunda 4 qol vurub,  5 məhsuldar ötürmə verib.

Fərid ASLAN

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA