"PREZİDENT TELEFONDA DEDİ Kİ..." - Ceyhun Bayramov 5 il əvvəl Moskvada bağlı qapılar arxasındakı görüşün sirlərini açdı
08-11-2025 [12:00]
Vətən müharibəsi dövründə bütün danışıqlar Minsk qrupunun himayəsi altında gedirdi”.
Mia.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İTV-də yayımlanan “Təmas xətti” verilişində deyib.
O bildirib ki, bu müddət ərzində üç dəfə həmsədr ölkələr tərəfindən danışıqlar təşkil edildi:
“Onların hər birinin fərqli cəhətləri vardı. Gərginlik baxımından ən gərgini Moskva danışıqları idi. Moskva görüşü digərlərindən fərqlənirdi. Nə qədər ağır vəziyyət olursa-olsun, öyrəşirsən. Təzyiqə də öyrəşirdik, baxmayaraq ki, arta-arta davam edirdi.
Prezident İlham Əliyev, Ermənistan Baş nazirindən fərqli olaraq, müharibə zamanı heç bir liderə zəng eləmirdi. Rusiya Prezidenti ilə ilk telefon danışığı oktyabrın 7-də oldu. Prezident zəng etdi, çünki Rusiya Prezidentinin ad günü idi. İlk təmasdan sonra ayın 8-də yenidən təmas oldu. Təbii ki, bu mövzuya toxunmamaq mümkün deyildi. Görünən odur ki, Prezident Putin 8-də bu mövzu ilə bağlı xüsusi olaraq zəng etdi.
Rusiya tərəfi israrlı şəkildə danışıqların keçirilməsi, nəticə hasil etməyin vacibliyini qeyd edərək, bunu təklif etdi. Ayın 8-də biz Cenevrədə olarkən, Bakıdan zəng gəldi ki, Prezident danışmaq istəyir, onun təlimatları olacaq.
Prezident dedi ki, belə bir razılıq əldə olunub. Sabah bu mövzunun müzakirəsi ilə bağlı görüş keçirilməlidir, ona görə sən və nazir müavini Moskvaya gedin. Təlimatlarını da verdi.
Danışıqlar başlayanda maraqlı məqam ondan ibarət idi ki – 5 il keçib, yəqin, bəzi məqamları açmağın zamanıdır – Rusiya xarici işlər naziri Sergey Lavrov tərəflərə bir sənəd təqdim etdi”.
Nazirin sözlərinə görə, qərarın ilkin layihəsi təqdim edildi.
“Gördük ki, sənədə əsasən, 9-dan 10-na keçən gecə 00:00-dan etibarən hərbi əməliyyatların dayandırılması, təmas xəttinin şərq istiqamətində Rusiya sülhməramlı qüvvələri ilə Azərbaycan ordusunun dayanması, təmas xəttinin qərb istiqamətində Ermənistan silahlı qüvvələri ilə Rusiya sülhməramlılarının dayanması əks olunub.
Təklif olunan sənəddə artıq 9 -da atəşkəs elan olunan kimi dərhal, heç bir əlavə şərtlər razılaşdırılmadan, o cümlədən, erməni hərbçiləri orada qalmaqla, ərazilər boşaldılmadan, həm şərq, həm qərb tərəfdən Rusiya rülhməramlılarının yerləşdirilməsi əksini tapmışdı.
Təsəvvür edin, 9 oktyabr tarixində biz haradayıq, vəziyyət nə yerdədir, həm şərq, həm qərbdə Rusiya sülhməramlılarının yerləşdirilməsi o deməkdir ki, bütün məsələnin tam dondurulması təklif olunur. Aydındır ki, bundan sonra artıq heç nə baş verə bilməzdi.
Prezidentdən tamam fərqli təlimatlar almışdıq: biz öz mövqeyimizdən çıxış edərək, fərqli məsələlərin qaldırılması, Ermənistan tərəfi ilə danışmağa hazırıq, Ermənistan tərəfi cədvəli təqdim etsin, nə vaxt çıxmağı planlaşdırırlar. Bu sənədə Ermənistan tərəfi, onların naziri Zohrab Mnatsakanyan da öz narazılığını ifadə etməyə başladı ki, bu belə olmamalıdır, Azərbaycan tərəfi 27 sentyabr tarixinə olan mövqelərə çəkilməlidir, biz təzyiq altında danışıqlar aparmayacağıq, Azərbaycan beynəlxalq hüququ pozub, güc tətbiq edib. Bu mövzuların cavabları asan idi. Hər şey necə olub, onun yadına salındı.
Sanki bu iki mövqe arasında Rusiyanın mövqeyi daha neytral idi: çəkilməyə ehtiyac yoxdur, siz olduğunuz mövqedə qalırsınız, ancaq Rusiya sülhməramlıları da burada sizinlə birlikdə olmalıdır.
Danışıqlar bir neçə saat çəkdi və mövqelərdə heç bir tərpəniş yox idi. Rusiya tərəfi də bunu çox israrla davam etdirirdi. Bəlli bir məqamda Lavrov belə bir fənddən istifadə etdi: dedi ki, siz Cenevrədən gəlirsiniz, ola bilsin ki, son inkişaf barədə məlumatlı deyilsiniz. Mən tam məlumatlıyam, məndə bütün qeydlər var. Liderlərin dünən danışıqları olub, sizin mövqeyiniz isə qeyri-konstruktivdir. Bu, yaxşı təklifdir.
Dedik ki, bizim konkret mövqeyimiz var, amma fasilə edib əlavə təlimatlar almağa ehtiyac var. Onlar bunu dəstəklədilər, fasilə elan edildi. Bizə qonşu otaqda məsləhətləşmək təklif edildi. Dedik, biz öz səfirliyimizə gedib geri dönərik. Biz səfirliyə getdik, Ermənistan nümayəndə heyəti isə orada qaldı.
Səfirlikdə Bakı ilə əlaqəyə çıxdıq, Prezident öz təlimatlarını təkrarladı. Hansı arqumentlərdən istifadə etmək lazım olduğunu da bir-bir dedi. Bir oraya geri dönəndə bütün Rusiya və xarici media orada idi. Onların ilkin gözləntisi ondan ibarət idi ki, atəşkəs 00:00-da elan ediləcək.
Qeyd edim ki, danışıqlar gedərkən Lavrova Putin zəng etdi. O zəng edəndə, Lavrov çıxırdı, Şoyqu zəng edəndə isə bizim yanımızda danışırdı.
Hamı üçün aydın oldu ki, bəlli bir mövqe var və biz bu mövqedən geri çəkilməyəcəyik. Dedik, bu gün nəticə hasil edilmirsə, sabah davam edə bilərik. Nəticəni həmin gün əldə etmək onlar üçün önəmli idi”, - C.Bayramov vurğulayıb.
***
“Moskvada danışıqlarda olarkən Hadrutun azad olunması ilə bağlı xəbər çıxdı”.
Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İTV-də yayımlanan “Təmas xətti” verilişində deyib.
“Artıq danışıqlar gedirdi. Danışıqların bəlli bir məqamında Fariz Rzayev mənə yaxınlaşdı, dedi ki, Prezidentin Azərbaycan xalqına müraciəti olub. Hadrut azad edilib. Təxminən ondan 10-15 dəqiqə sonra erməni nümayəndə heyətində bir təşviş gördük, nəzərəçarpan bir məyusluq hiss olundu. Məlumat onlara da çatmışdı.
Biz bu arqumentdən danışıqlarda istifadə etdik. Mnatsakanyan 5+2 formatından danışanda, dedik ki, bu formul ümumilikdə işləmir, çünki artıq, Cəbrayıl, Hadrud azad olunub.
O özünü arxayın aparmağa çalışırdı, deyirdi, bu hələ heç nə demək deyil, yaxın günlərdə fərqli xəbərlər eşidəcəksiniz”, - nazir qeyd edib.
Onun sözlərinə görə, danışıqlar çox gərgin gedirdi:
“Nəticə etibarilə artıq səhər saatlarına yaxın bir sənəd üzərinə çıxdıq. Bu, Azərbaycanın maraqlarına uyğun sənəd idi. Birincisi, atəşkəs humanitar atəşkəs adlandırıldı. İkincisi, heç bir sülhməramlı, üçüncü tərəfin təmsilçiliyindən söhbət getmirdi.
Lavrov arqument gətirdi ki, bəs buna necə nəzarət etmək olar? Prezident demişdi ki, belə arqumentdən istifadə etsələr, deyərsiniz ki, həmsədr ölkələrin hamısının peyki var, baxsalar, görərlər ki, kim nəyi pozur. Biz o arqumentlərdən istifadə etdik”/“Qafqazinfo”
MİA.AZ
Si Cinpin Prezident İlham Əliyevə məktubu ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabah hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"