Buxarestdə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib - VİDEO, FOTOLAR
05-11-2025 [19:59]
Azərbaycanın Rumıniyadakı səfirliyinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Günü münasibətilə Buxarestdə rəsmi qəbul keçirilib.
Mia.az Azərtac-a istinadla xəbər verir ki, tədbirdə Rumıniyada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və əməkdaşları, hökumət qurumlarının təmsilçiləri, ictimai xadimlər, media nümayəndələri, bu ölkədə yaşayan azərbaycanlılar, eləcə də Buxarestdə səfərdə olan Azərbaycan nümayəndə heyətinin üzvləri iştirak ediblər.
Səfir Qüdsi Osmanov tədbirdə çıxış edərək Zəfər Gününün Azərbaycan xalqının milli qürur və iftixar tarixi olduğunu vurğulayıb. O bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci ilin 44 günlük Vətən müharibəsində tarixi ədaləti bərpa edib, ölkənin ərazi bütövlüyünü təmin edib.
Səfir diqqətə çatdırıb ki, bu Qələbə Azərbaycan xalqının birliyi, əzmi və liderinin qətiyyəti nəticəsində mümkün olub. O, həmçinin avqustun 8-də Vaşinqtonda ABŞ Prezidentinin iştirakı ilə Azərbaycanla Ermənistan arasında imzalanmış birgə Bəyannamənin bütün regionun inkişafı və rifahı üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Qüdsi Osmanov qeyd edib ki, bu sənəd Cənubi Qafqazda davamlı sülh və əməkdaşlıq üçün yeni mərhələnin əsasını qoyub.
“Bu gün Azərbaycan regionda sülhün, sabitliyin və əməkdaşlığın təmin olunması istiqamətində mühüm təşəbbüslərlə çıxış edir. Zəfər Günü təkcə Azərbaycanın deyil, bütün regionun gələcək rifahın, sabitliyin və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan yeni əməkdaşlıq modelinin simvoluna çevrilib”, – deyə diplomat vurğulayıb.
Sonra çıxış edən Rumıniya Baş nazirinin müavini Marian Neakşu Azərbaycan xalqına Zəfər Günü münasibətilə təbriklərini çatdırıb. O bildirib ki, Rumıniya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətləri qarşılıqlı etimad və dostluq prinsiplərinə əsaslanır. Marian Neakşu deyib ki, Rumıniya Azərbaycanı regionda sabitliyin və inkişafın təmin olunmasında mühüm tərəfdaş hesab edir, bu əməkdaşlıq gələcəkdə daha da genişlənəcək.
Daha sonra Türkiyənin Rumıniyadakı səfiri Özgür Kıvanç Altan çıxış edərək Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edib. O qeyd edib ki, Azərbaycanın 2020-ci ildə qazandığı tarixi Qələbə Türk dünyasının birliyini və qardaşlığını daha da möhkəmləndirib. “Azərbaycanın Zəfəri bütün türk dövlətləri üçün qürur mənbəyidir. Türkiyə hər zaman Azərbaycanın yanında olub, bundan sonra da dost və qardaş ölkə kimi onunla həmrəyliyini davam etdirəcək”, – deyə səfir vurğulayıb.
Azərbaycan xalqını bu tarixi gün münasibətilə təbrik edən Rumıniya müsəlman icmasının müftisi Yusuf Murat Zəfər Gününün təkcə ölkəmizin deyil, bütün müsəlman dünyasının qürur günü olduğunu bildirib. Müfti qeyd edib ki, Azərbaycanın ədalətli mübarizəsi sülh və sabitliklə nəticələnib, bu Zəfər ədalətin, birliyin və inamın təntənəsidir.
Tədbir çərçivəsində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Ziyafət bədii proqramla davam edib. Konsert proqramında Azərbaycanın milli musiqi nümunələri səsləndirilib, qonaqlara mətbəximizin ləziz təamları təqdim olunub.
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabah hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu