Tramp və Si Cinpin Busanda bir araya gəldi - Mühüm mesajlar və 2 saata yaxın çəkən görüş...
30-10-2025 [08:59]
ABŞ prezidenti Donald Tramp və Çin prezidenti Si Cinpin Cənubi Koreyanın Busan şəhərində görüşüblər.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, 2 saata yaxın çəkən qapalı görüşdən əvvəl liderlər jurnalistlərə qısa açıqamalar veriblər.
Si Cinpin Çin və ABŞ-ın dost və tərəfdaş olmalı olduğunu deyib: "Biz tarixdən dərs çıxarmalı və reallığı qəbul etməliyik. Çinin inkişafı Trampın "Amerikanı yenidən böyük etmək" vizyonuna zidd deyil".
Onun sözlərinə görə, dünyanın ən böyük iqtisadiyyatları arasında vaxtaşırı qarşıdurmaların olması normaldır: "Bizim işimiz də bu toqquşmaları həll etməkdir, onu düzgün yola yönəltməkdir. Biz Çin-ABŞ münasibətləri üçün möhkəm təməllər atmaq istəyindəiyik. Bunun üçün də Trampla işləməyə hazırıq. Çin və ABŞ hər iki ölkənin və dünyanın xeyrinə konkret və müsbət şeylərə nail olmaq üçün birlikdə işləyə bilərlər. İnanıram ki, uzunmüddətli perspektivdə fantastik münasibətlər quracağıq".
ABŞ Prezidenti Donald Tramp da Çin lideri ilə bir çox məsələlərdə artıq razılığa gəldiyini deyib və bildiirb ki, bu görüşdə həmin razlaşmaların imzalanacağlna ümid edir: "Prezident Si böyük bir ölkənin böyük lideridir. İnanıram ki, uzunmüddətli perspektivdə fantastik münasibətlər quracağıq".
Görüşdə Çin nümayəndə heyətinə Xarici İşlər naziri Van Yi, Baş nazirin müavini Si Lifinq, Milli İslahat və İnkişaf Komissiyasının sədri Çinq Şanje və Ticarət naziri Van Vintao, ABŞ nümayəndə heyətinə isə Dövlət Katibi Marko Rubio, Xəzinədarlıq katibi Skott Bessent və Ticarət Naziri Hovard Lutnik daxil olub.
Məlumata görə, 2 saata yaxın görüş az əvvəl bitib.
Görüşdən sonra mediaya açıqlama verən Tramp bildirib ki, Çinə qarşı tariflər 57%-dən 47%-ə endiriləcək. O, bundan başqa, Çinlə nadir torpaq elementləri barədə anlaşdıqlarını söyləyib: "Həmçinin ABŞ və Çinin Nvidia ilə çip texnologiyaları üzrə danışıqlara başlayacağı və Ukrayna məsələsi ilə bağlı birgə iş planı barədə razılığa gəldi. Yeni bir dövr başlayır. Bu, yalnız başlanğıcdır".
Samir MUSAYEV
MİA.AZ
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb