Kamran Əliyev “Belem Bəyannaməsi”ni imzalayıb
23-10-2025 [15:26]
Xəbər verdiyimiz kimi, Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Braziliyada səfərdədir.
Mia.az xəbər verir ki, dünəndən etibarən Belem şəhərində COP30 çərçivəsində “Prokurorluq orqanlarının iqlim idarəçiliyində rolu” adlı beynəlxalq plenar iclas öz işinə başlayıb.
Tədbirin açılış mərasimində çıxış edən Braziliya Federativ Respublikasının Baş prokuroru Paulo Qonet iqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə, xüsusilə prokurorluq orqanlarının artan rolunu vurğulayıb, bu sahədə beynəlxalq əməkdaşlığın əhəmiyyətini qeyd edib.
Paulo Qonet, həmçinin, Azərbaycan Respublikasına COP29-a uğurla ev sahibliyi etdiyinə görə və bu beynəlxalq konfrans çərçivəsində Mavi zonada Azərbaycan Prokurorluğu tərəfindən təşkil olunan “İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər olunması” adlı yüksək səviyyəli beynəlxalq tədbirə görə xüsusi təşəkkürünü ifadə edib.
Plenar iclasda Azərbaycanın Baş prokuroru Kamran Əliyev də çıxış edib. Baş prokuror Prezident İlham Əliyevin siyasi iradəsi və rəhbərliyi ilə ölkəmizdə iqlim dəyişikliyi ilə mübarizə istiqamətində həyata keçirilən tədbirlər, ətraf mühitin mühafizəsi sahəsində görülən çoxşaxəli işlər, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi və bu prosesdə prokurorluq orqanlarının fəal rolu barədə ətraflı məlumat verib.
Çıxış zamanı dövlətimizin başçısının 25 sentyabr 2025-ci il tarixində Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında səsləndirdiyi Xəzər dənizinin ekoloji vəziyyəti ilə bağlı fikirlərə toxunularaq, Xəzər dənizində ətraf mühitə zərər vuran cinayətlərə qarşı mübarizədə regional səylərin birləşdirilməsinin vacibliyi vurğulanıb.
Kamran Əliyev həmçinin BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (BMTNCİ), Beynəlxalq Prokurorlar Assosiasiyası (BPA) və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) kimi beynəlxalq qurumlarla sıx əməkdaşlığın həyata keçirildiyini bildirib. Qeyd edib ki, 2024-cü ilin 15 noyabrında COP29 çərçivəsində Azərbaycan Prokurorluğunun təşkilatçılığı ilə “İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər edilməsi” mövzusunda yüksək səviyyəli beynəlxalq tədbir keçirilib və tədbirdə 200-dən çox xarici və yerli nümayəndə iştirak edib.
Tədbir çərçivəsində “Belem Bəyannaməsi” qəbul edilib. Bəyannamədə prokurorluq orqanlarının ətraf mühitin qorunması, iqlim ədalətinin təmin olunması və bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi ilə bağlı vəzifələri əksini tapıb.
Plenar iclasdan sonra Baş prokuror Braziliyanın aparıcı televiziya kanallarına müsahibə verib. Müsahibə zamanı Azərbaycan Prokurorluğunun iqlim cinayətləri ilə mübarizə sahəsində topladığı təcrübə, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və təcrübə mübadiləsinin vacibliyi, həm ölkələr, həm də prokurorluq orqanları arasında sıx əlaqələrin və etimad mühitinin mövcud olması, eləcə də ölkə rəhbərlikləri səviyyəsində əməkdaşlığın yüksək səviyyədə qurulmasından bəhs edilib.
K. Əliyev COP29 çərçivəsində Azərbaycan Prokurorluğu tərəfindən təşkil olunan yüksək səviyyəli beynəlxalq tədbirin sonunda qəbul olunan “Baku Call to Action” sənədini xatırladaraq, həm bu təşəbbüsün, həm də “Belem Bəyannaməsi”nin qlobal miqyasda iqlim ədalətinin təmininə və ekoloji cinayətlərə qarşı birgə səylərin artırılmasına mühüm töhfə verdiyini əlavə edib.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb