İsa Həbibbəyli övladının oğurlanan bir milyon avrosundan danışdı: "Mənm addımı hallandırmayı, xahiş edirəm" - TƏFƏRRÜAT
21-10-2025 [11:19]
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəylinin qızı Günay Məsimovanın Almaniyada bank seyfində saxladığı bir milyon avrodan artıq nəğd pul və qiymətli əşyalarının fırıldaq yolu ilə ələ keçirildiyi barədə məlumat yayılıb.
Mia.az xəbər verir ki, Manset.az məsələ ilə bağlı AMEA-nın prezidenti İsa Həbibbəyli ilə əlaqə saxlayıb. AMEA rəhbəri bildirib ki, yayılan məlumatlar həddindən artıq şişirdilib:
“Bu barədə dünən oxumuşam. Yazılır ki, guya qızımın seyfindən 1 milyon avro məbləğində pul oğurlanıb. Əslində isə bu, doğru deyil. Qızımın çoxlu qızıl-zinət əşyaları və şəxsi əşyaları oğurlanıb. Həmin zinət əşyaları onun anasından və qayınanasından yadigar qalan əşyalardır. Yazılanlar həddindən artıq şişirdilib. Qızımın seyfindən 1 milyon avronun oğurlanması barədə isə mənim heç bir məlumatım yoxdur. Xahiş edirəm, bu kimi məsələlərdə adım hallandırılmasın" - deyə İ.Həbibbəyli əlavə edib.
Xatırladaq ki, dünən bir çox saytlarda AMEA prezidentinin qızı barədə maraqlı iddia yayılıb.
Həmin iddadolu xəbərdə deyilir:
"İsa Həbbibəylinin qızı Günay Məsimovanın Almaniyada bank seyfində saxladığı bir milyon avrodan artıq nəğd pulu və qiymətli əşyaları fırıldaqla ələ keçirilib. Hadisədən sonra polis təhqiqata başlayaraq, bu pulların hansı yollarla Almaniyaya gətirilməsini araşdırır.
Günay Məsimovanın yaxınlarına verdiyi məlumata görə, bankdakı seyfində 790 min avro dəyərində dollar və brilliyant, 330 min avro pul olub. Pullarını və qiymətli əşyalarını ələ keçirən isə, onun Almaniyada yaşayan tanışı F.M. olub. O, pulları götürüb aradan çıxa bilsə də, polis qiymətli əşyaların bir hissəsini tapıb və məsələ aydınlaşana kimi müsadirə edib. Pulun dəqiq məbləği ilə bağlı rəsmi məlumat yoxdur.
Pulun və qiymətli əşyaların mənbəyini örənmək üçün Nürnberqdə araşdırma başlanılsa da, Günay Məsimova qaçdığından, işi başa çatdırmaq mümkün olmayıb.
Bu ilin əvvəlində baş verən hadisə ictimaiyyətdən gizlədilməyə çalışılsa də „Gündəlik Naxçıvan“ın araşdırmaları bəzi məqamları üzə çıxara bilib.
Araşdırmalarımız zamanı bəlli olub ki, Günay Məsimova Almaniyada saxta evliklik vasitəsi ilə yaşama hüququ alıb. Bundan sonra o, dəyəri 1 milyon avro olan villa və mənzil alıb. Villanın ünvanını dəqiqləşdirə bilməsək də, mənzil Berlin şəhr Kohulfurter küçəsində yerləşir.
Oğurluq hadisəsinin qısa təfərrüatı:
Günay Məsimova ötən ilin iyununda Bakıdan Almaniyaya gətirdiyi pullarını və qiymətli əşyalarını Nürnberqdə yaşayan tanışı F.M. vasitəsi ilə Sparkasse bankında seyfə qoymaq qərarına gəlib. Almaniyada bu cür seyflər qiymətli sənədlər və 10 min avro dəyərinə kimi qiymətli əşyalar üçün nəzərdə tutulsa da, bankın seyfləri açıb, yoxlamaq hüququ yoxdur.
Günayla görüşməzdən öncə F.M., bankın Fürth filialında dostlarından birindən xəbərsiz onun adına seyf hesabı açıb. O daha bir seyf hesabı da Günay Məsimovanı adına açıb və kartını özünə verib. Banka gəldikdən sonra F.M. ona güvənən Günayı aldadaraq, pulları onun yox, dostunun seyfinə qoyub.
Yanvar ayında brilyant qaşlı qızıl saatlarından birini görtürmək üçün banka gələn Günay Məsimova seyfinin boş olduğunu görüb. Telefon əlaqəsi saxladıqdan sonra Günay, F.M.-nin onu aldatdığını, pulu onun yox, dostunun adına olan seyfə qoyduğnu, bir müddət sonra isə götürüb, pribaltika ölkələrindən birinə qaçdığını öyrənib.
O, pullarının mənbəyinin soruşulacağını bildiyindən, oğurluq barədə polisə məlumat vermədən Bakıya qaçıb.
Lakin, F.M-nin aldadaraq adına gizli hesab açdığı Almaniyada yaşayan dostunun atası Ələsgər Vəliyev bütün olanlarla bağlı polisə məlumat verib. Polis zinət əşyalarından bəzisini tapa bilsə də, pullarla bağlı dəqiq məlumat toplaya bilməyib..."/hurriyyet.az
MİA.AZ
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb