Ramiz Mehdiyev və Abbas Abbasovla bağlı illər əvvəl həyəcan təbili çalan diplomat... - "Onlar ən ağır şəkildə cəzalanmalıdır"
20-10-2025 [22:07]
Prezident Administrasiyasının keçmiş aparat rəhbəri Ramiz Mehdiyevin hakimiyyəti zorla ələ keçirmək, dövlətə xəyanət və digər planları yaxın tarixin səhifələnməsinə münbit şarait yaradıb.
Mia.az xəbər verir ki, vaxtilə Ramiz Mehdiyevin sayəsində yüksək vəzifə, mandat, böyük var-dövlət əldə edənlərin onu və yandaşlarını necə vəsf etmələri barədə dövrü mətbuatda faktlar ortaya çıxır və haqlı olaraq indi onların "timsah göz yaşı" axıtmaları səmimi qəbul olunmur.
Ancaq bu yerdə xüsusilə qeyd edək: çox az sayda nüfuzlu şəxslər var, olub ki, hələ 10-15 il əvvəl Ramiz Mehdiyev və onun çətir altında olanları, o cümlədən Rusiyada dərin kök salaraq Azərbaycana diş qıcayan Baş nazirin sabiq müavini Abbas Abbasov barəsində öz sözünüi xalqa açıq platformalarda - media orqanlarında çəkinmədən deyiblər.
Belələrindən biri də o zamanlar Azərbaycanın Rusiyadakı Səfirliyində səfirin birinci müavini olan, hazırda isə ölkəmizin Rumıniyadakı səfiri Qüdsi Osmanovdur.
Məlumat üçün qeyd edək ki, Q.Osmanov hələ Rusiyada səfir müavini olarkən Ramiz Mehdiyevin "gizli çubuğu" hesab edilən Abbas Abbasovun orada diaspor təşkilatlarımızdakı çaxnaşmasına, onun "Azərros" təşkilatının pərdəsi altında Azərbaycandakı seçkilərə müdaxilə etmək, buradakı hakimiyyəti laxlatmaq cəhdlərinə qarşı çox böyük cəsarət nümunəsi ortaya qoyub. Bəli, Qüdsi Osmanov bəlkə də yeganə vəzifəli şəxs, yeganə diplomat olub ki, Rusiyada bəlli dairələrin qoruması altında olan Abbas Abbasova - dolayısı ilə Ramiz Mehdiyevə hələ o zaman açıq şəkildə savaş açıb, onların Rusiyada ölkəmizə qarşı planları və formalaşdırdıqları qondarma təşkilatın dağılmasında mühim rol oynayıb.
Qüdsi Osmanov bu barədə o dövrdə bir çox mətbu orqanlarında müsahibələr də verib. Onun Ramiz Mehdiyevin böyük güc sahibi olduğu dövrdə "Yeni Müsavat"dakı müsahibəsindəki bu sətirlərə baxaq:
"...Bu məsələlərin hər birinin arxasında Ramiz Mehdiyev dururdu. Və təbii ki, o, bu adamların hamısına himayədarlıq edirdi. İndi bir-bir hamısını dövlət cəzalandıracaq. Onlar bunu haqq edirlər. Ancaq demək lazımdır ki, sonu çox böyük uğurla nəticələnmiş olsa belə, bu, ağrılı prosesdir..."
Və yaxud onun 01 sentyabr 2015-də Vesti.az-daki müsahibəsinə Abbas Abbasovun ölkəmizə qarşı pozuculuq fəaliyyətini necə açıq mətnlə dilə gətirməsinə nəzər yetirək:
Bu müsahibədə diplomat çox aydın şəkidə Baş nazirin sabiq müavini Abbas Abbasovun "fəaliyyəti"n toxunur və cənab Prezidentin təlimatına uyğun olaraq, Rusiyadakı soydaşlarımıza necə diqqət göstərmələrindən söz açıb, həmçinin Azərbaycanın görmək istədiyi gerçək ziyalılardan ibarət, Vətəninə şəksiz bağlı diaspor təşkilatınn vacibliyinə toxunub.
Bu yerdə xatırladaq ki, Qüdsi Osmanov yuxarıda qeyd edilən müsahibədən bir ay əvvəlki açıqlamasında Abbas Abbasovvun şəxsi ambisiyadan çıxış edərək, diaspor təşkilatında hansı "hoqqa"da çıxmasını da sadalayıb.
Bəlkə də bu bəziləri üçün sadə bir hadisə kimi görünə bilər. Lakin unutmayaq, hazırda Ramiz Mehdiyevlə çiyin-çiyinə hallanan Abbas Abbasov da o zaman Rusiyada çox ciddi gizli əlaqələrə və gücə sahib olub. Bu güc bəlkə də bu gün də var...
Hə, onu da unutmayaq, o vaxt Abbas Abbasovun erməni diasporunun nüfuzlu liderləri ilə Avropada görüşüb Azərbaycanda hakimiyyətə ələ keçirməyə dəstək şərtiylə yeni neft anlaşmaları təklif etməsi haqda da yazılıb. Bunu ona görə xatırladırıq ki, o zamandan ölkəmizə qarşı bir araya gələn çox böyük güclərə qarşı dayanmaq asan deyildi...
Və yaxud elə Rumınıyadakı sabiq səfir Eldar Həsənov və onun əslində, həbsininin gizlinlərini götürək...
Yəni, bir çox təlatümlü hadisələri, o ağır illəri və bir çox təhlükəli aspektləri nəzərə aldıqda, yalnz və yalnız Azərbaycan dövlətinə, onun liderinə güvənən Qüdsi Osmanovun etdiklərini hər adam da edə bilməzdi...
Bəli, sadalan və sadalanmayan onlarla müsahibə, açıqlamalar göstərilə bilər ki, Q.Osmanov orada şəxsi bacarıq və cəsarətli addımları ilə Azərbaycana, onun liderinə, xalqına nə qədər bağlı olduğunu hələ 10-15 il əvvəl, özü də kritik vəziyyətlərdə sübut etmiş olub.
O, sözün əsl mənasında zamanında həyatını, karyerasını təhlükəyə ataraq, Prezident İlham Əliyevə - Azərbaycana sarsılmaz sədaqətini dəfərərlə nümayiş etdirən tək-tük nüfuzlu insanlardan olub...
Bəli, bəlkə bir çox hadisələr zamanla bəziləri üçün ötəri də olsa unudula bilər, lakin TARİX HEÇ KİMİ VƏ HEÇ NƏYİ UNUTMUR!
F.Səfərli
MİA.AZ
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb