"Eşqi Bağırov Agentliyə buraxılmır, onun "qələmi" qırılıb" - "Emin Əmrullayev bu "metod"u vaxtilə Məhəbbət Vəliyevaya da tətbiq etmişdi"
17-10-2025 [09:35]
“Ümumtəhsil məktəblərinin tarifikasiyası təsdiq olunmamış, təqribən, on-on beş gün öncə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov məcburi məzuniyyətə göndərildi. Eyni variantı Emin Əmrullayev vaxtilə elm və təhsil nazirinin müavini Məhəbbət Vəliyevaya da qarşı tətbiq etmişdi. Onu məcburi məzuniyyətə göndərmişdi və Məhəbbət Vəliyeva Nazirliyin binasına buraxılmamışdı. Aldığımız məlumata görə, ayın 12-də Eşqi Bağırov işə çıxmalı idi. Amma onu Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinə buraxmayıblar, hazırda da buraxmırlar. Belə çıxır, Eşqi Bağırovun da qələmi qırılıb və işdən azad olunacaq. Görünən budur ki, ona edilmiş bütün təzyiqlərə baxmayaraq, Eşqi Bağırov işdən çıxmaqla bağlı ərizə yazmır. Əvəzində də binaya buraxılmır. Yaxın günlərdə Eşqi Bağırovun müqavimətinin qırılacağı, əzinənin yazılacağı gözlənilir”.
Mia.az xəbər verir ki, bu sensasiyalı sözləri Pravda.az-a açıqlamasında təhsil məsələləri üzrə ekspert Elşən Qafarov deyib.

ELŞƏN QAFAROV
“Neçə ildir Elm və Təhsil Nazirliyində funksional mövqe mübarizəsinin şahidiyik. Bu gün də xəbər yayıldı ki, “Azqranata” şərabçılıq zavodundan daha bir kadr Təhsilin İnkişafı Fonduna gətirilib. Emin Əmrullayevin “Azqranata” şirkətinə xüsusi məhəbbəti haradandır, bilmirəm. Deməli, “Azqranata” şirkətindən kadların transferi davam edir. Yəqin ki, Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinə də növbəti kadr “Azqranata” şirkətindən gətiriləcək. Bütün bunların fonunda ölkə təhsilində vəziyyət çox bərbaddır. Yüzlərlə məktəbdə müəllim yeri boşdur, dərslər keçirilmir, bölgü tam aparıla bilməyib. Cədvəl hazır deyil. Tarifikasiya təsdiq olunmayıb. Nəticə etibarilə, məktəblərin fəaliyyəti iflic vəziyyətə düşüb. Onlarla bağlanan məktəbdə hələ də şagirdlərin taleyi məlum deyil. Hətta Lerik və Yardımlı kimi rayonlarda şagirdlərin onlayn tədrisə keçməsi ilə bağlı xəbərlər gəlir. Reallıq budur ki, ölkə təhsili bir dəstə kommersantın əlində oyuncağa çevrilib. Eşqi Bağırovun taleyinə də yaxın günlərdə aydınlıq gələcəyini gözləyirik…” – o bildirib.
Mia.az
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb