Milyarder Fərhad Əhmədov Bakıda məhkəmə qarşısına çıxdı: "Keçmiş həyat yoldaşımın əsassız iddiası ilə..."
16-10-2025 [21:57]
Fransanın milyardlarla dövriyyəsi olan “SAUR” şirkətinin vitse-prezidenti Anass Derraz barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə araşdırması davam edir.
Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən budəfəki iclasda cinayət işi üzrə əsas şahid qismində tanınmış azərbaycanlı milyarder Fərhad Əhmədov ifadə verib.
Məhkəmədəki ifadəsində Fərhad Əhmədov təqsirləndirilən Anass Derrazı tanıdığını söyləyib.
Fotoda:Anass Derraz

“Keçmiş həyat yoldaşımın əsassız iddiası ilə İngiltərə məhkəməsi yaxtama həbs qoyulmasına qərar verdi. Bununla bağlı Birləşmiş Ərəb Əmirliklərinə məlumat verildi və yaxta beynəlxalq sularda olarkən saxlanıldı. Anass Derraza bu məsələni danışarkən o da bu məsələdə Aleksandr Benalla ilə əlaqə yaratmışdı.
Onun köməyi ilə beynəlxalq imkanlardan istifadə etməklə yaxtamın üzərinə qoyulan həbs götürülməli idi. Bununla bağlı söhbətlər əsasında işin görülməsi üçün 6 milyon 140 min dollar lazım olduğunu dedilər.
Üçtərəfli müqavilə bağladıq və bu işin görülməsi üçün ilkin olaraq 600 min dollar köçürülməli idi. Həmin puldan 400 mini Aleksandr Benallanın, 200 mini isə Derrazın hesabına öz şəxsi bank hesabımdan köçürmə etdim. Amma onlar öz öhdəliklərini icra edə bilmədilər.”
Fərhad Əhmədovun sözlərinə görə, sonradan DTX-də Anass Derrazın ifadəsi alınıb. O da izahat verib: “Burada dələduzluq, aldatma var. Başqa cür desəm, rüşvət də ola bilər. Derraz həmişə söhbətdən qaçırdı, deyirdi ki, pulu qaytaracam. Mənim Göyçayda nar plantasiyalarım var, camaat orada 6-7 saata 20 manat pul alaraq çalışır.
Bunlar isə 600 min dollar alıb heç nə etməyiblər. Bu pulu niyə qaytarmırsınız?”
Tərəflərin suallarını cavablandıran Əhmədov yalnız Derraz ilə söhbət etdiyini, Aleksandr Benalla ilə əlaqəsi olmadığını deyib: “Benalla ilə görüşməmişəm. Həmin dövrdə Anass Derrazı hüquqşünas kimi tanımışam, onun mühəndis olduğunu bilməmişəm.”
Tanınmış milyarder ibtidai istintaq zamanı verdiyi ifadəsini də təsdiq edib. Əlavə olaraq, ona qarşı dəymiş ziyanın ödənilmədiyini bəyan edib. Proses gələn ay növbəti şahidlərin ifadəsi ilə davam edəcək.
Xatırladaq ki, Anass Derrazın adı Fransa prezidentinin keçmiş mühafizə rəhbəri Aleksandr Benalla ilə birgə Fərhad Əhmədova qarşı həyata keçirilmiş korrupsiya sxemində hallanır. İttihamlara görə, 2018-ci ildə bu şəxslər Əhmədovdan sanksiyalardan qorunması və yaxtasının həbsi məsələsinin həlli müqabilində külli miqdarda rüşvət alıblar. İstintaq sənədlərinə əsasən, Əhmədov tərəfindən köçürülən milyonlarla dollar Derrazın “Al Hilal Bank”dakı, Benallanın isə “Bank of Africa United Kingdom”dakı hesablarına yatırılıb.
MİA.AZ
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb