“Qarabağın dirçəlişi müasir kommunikasiya və hekayəçilik müstəvisində” mövzusunda panel müzakirəsi keçirilib
16-10-2025 [08:35]
15 oktyabr 2025-ci il tarixində “Rebuild Karabakh 2025” sərgisinin 2-ci günündə “Qarabağın dirçəlişi müasir kommunikasiya və hekayəçilik müstəvisində” mövzusunda panel müzakirəsi keçirilib.
Mia.az xəbər verir ki, Medianın İnkişafı Agentliyi və Qarabağ Dirçəliş Fondunun birgə təşkilatçılığı ilə keçirilən müzakirədə Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli, britaniyalı tədqiqatçı və yazıçı (Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bioqrafiyasının müəllifi) Qrem Vilson, Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü Şəfəq Mehrəliyeva və Azərbaycan Dövlət İnformasiya Agentliyinin fotomüxbiri Vüqar İbadov iştirak ediblər.
Panel müzakirələri zamanı vurğulanıb ki, hekayəçilik müasir kommunikasiya strategiyalarının əsas tərkib hissəsinə çevrilib. O, yalnız məlumat ötürmək vasitəsi deyil, həm də milli yaddaşın qorunması, mədəni irsin və mənəvi dəyərlərin gələcək nəsillərə ötürülməsi üçün güclü bir alət kimi çıxış edir. Təqdimat formasından asılı olmayaraq Qarabağın dirçəlişinə həsr olunan hər hekayə xalqımızın birliyini, əzmini və milli qürurunu əks etdirir, həm də geniş auditoriyada emosional rezonans yaradır.
Qeyd olunub ki, müasir kommunikasiya və hekayəçilik təcrübələri göstərir ki, lokal hekayələrin beynəlxalq auditoriyaya çatdırılması üçün vizual media, interaktiv platformalar və rəqəmsal kampaniyalar mühüm rol oynayır. Kommunikasiya prosesində empatiya və aidlik hissinin gücləndirilməsi insanların özlərini hekayənin bir parçası kimi hiss etməsinə şərait yaradır.
Dünyada oxşar təcrübələrə nəzər yetirdikdə emosional əlaqə və aidlik hissinin yaradıcı təqdimat vasitələri ilə gücləndikdə ictimai dəstəyi və iştirakçılığı əhəmiyyətli dərəcədə artırdığını görmək olar. Qarabağın dirçəlişi hekayəsi də həm milli, həm də qlobal səviyyədə maraq yaratmaq potensialına malikdir. Hekayələrin təqdimatında vizual və rəqəmsal vasitələrdən istifadə, fotolarla hekayəçilik mesajlarının auditoriya tərəfindən daha dərindən qavranmasına, emosional təsirin güclənməsinə, hadisələrin içində olma hissini yaratmaqla həm də insanları birləşdirən güclü mesaj kimi təqdim etməyə imkan verir.
Çıxışlardan sonra spikerlər panel iştirakçıları tərəfindən ünvanlanan sualları cavablandırıblar.
Görüşün sonunda çıxışçılara Qarabağ Dirçəliş Fondu tərəfindən xüsusi plaket, hər bir spikerin adından müzəffər ordumuzun qazandığı möhtəşəm Qələbəyə həsr olunan və Qarabağda ekoloji tarazlığın bərpasına töhfə məqsədilə bir ağacın ianəsini təsdiq edən “Zəfər Günü” ianə sertifikatı, eləcə də sülh, dayanıqlılıq və bolluq kimi dəyərləri təcəssüm etdirən zeytun ağacı tingləri təqdim edilib.
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabah hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb