"TÜRKİYƏNİ TƏHDİD EDƏCƏK GÜCDƏ DEYİLİK, ÇOX KİÇİK ÖLKƏYİK" - Serbiya lideri mətbuat konfransı keçirdi, Ankaraya ismarıc yolladı
09-10-2025 [21:43]
Türkiyənin dünın Kosovoya verdiyi kamikadze pilotsuz uçan aparatlardan ciddi narahat olan Serbiya prezidenti Aleksandar Vuçiç bu gün mətbuat konfransı keçirib.
Mia.az Türkyə mətbatına istinadla xəbər verir ki, o, yerli və xarici jurnalistlərin iştirak etdiyi mətbuat konfransında Türkiyə istehsalı olan minlərlə "Skydagger" kamikadze PUA-nın Kosovoya təhvil verilməsini qəbulolunmaz sayıb.
2008-ci ildə birtərəfli olaraq müstəqilliyini elan edən və 100-ı yaxın ölkənin tanıdığı Kosovonu hələ də öz ərazisi hesab etdiyini dilə gətirən Serbiya prezidenti bildirib ki, Ankaranın bu davranışı Serbiyanın və serb xalqının maraqlarına zidddir.
Jurnlaistlərdən birinin "Türkiyənin Kosovoya silah göndərməsini niyə Rəcəb Tayyib Ərdoğana birbaa demirsiniz? Axı sizin dostluğa söykənən yaxşı əlaqəniz var", - sualına serb lider belə cavab verib: "Türkiyə prezidenti Ərdoğan böyük lider və böyük bir ölkənin rəhbəridir. Ankaranın simasını dəyişən və İstanbulu küllüyündən çxaran Mustafa Kamal Paşadan sonra şübhəsiz ki, Türkiyənin ən böyük lideridir və bu həqiqət hər zaman ölkəmizdə hörmətlə qarşılanacaq. Əlbəttə, biz Türkiyə ilə yaxşı əlaqələr qurmaq istəyirik, buna can da atırıq. Lakin biz, eyni zamanda, xalqımızın maraqlarını qorumağa da mükəlləfik. Sözsüz ki, prezident Ərdoğanla Kosovoya silah göndərilməsini müzakirə edəcəyəm. Türkiyə Kosovoya müxtəlif markalı PUA-lar və digər silahlar da verib. Onların arasında Skydagger, OMTAS, Bayraktar, Otokar Land Rover, BMC Vuran, Otokar Kobra, avtomat və snayper tüfəngləri də var. Təbii ki, ən diqqət çəkənləri Skydagger kamikadzeləridir".
Serbiyanın dövlət başçısının sözlərinə görə, Türkiyənin mövqeyi bölgənin sabitliyi üçün çox əhəmiyyətlidir: "Gərginliyin artmasını istəmirik. Biz sülh və sabitliyi qoruyacağıq. Türk tərəfdaşlarımızdan bizimlə danışıb maraqlarımızı nəzərə almalarını xahiş edirik".
O, "Kosovo Prezidenti Vjosa Osmani sizi dünən Türkiyəni təhdid etməkdə ittiham edib" - sualını isə belə cavablandırıb: "Biz Türkiyəni təhdid etmək üçün çox kiçik ölkəyik. Türkiyə NATO-nun ikinci böyük gücüdür. Mesajımda dediyim tək şey Türkiyənin böyük bir güc olduğu və bizə verilən mesajı anladığımız oldu. Amma nə qədər kiçik olmağımızın heç bir əhəmiyyəti yoxdur. Bizim azadlığımızı qorumaq və yaşamaq haqqımız var! Biz Kosovonun hərbiləşdirilməsinə səssiz qala bilmərik...".
F.ƏHMƏD
Mia.az
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb