AZƏRBAYCAN və RUSİYA PREZİDENTLƏRİ BİR ARAYA GƏLDİ: Əliyevdən həlledici həmlə və... - TƏHLİL
09-10-2025 [18:57]
Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında uzun zamandır gözlənilən təkbətək görüş bu gün baş tutdu.
Görüş təkcə iki lider arasında münasibətlərin temperaturunu ölçmək üçün deyil, həm də Rusiya–Azərbaycan əlaqələrinin gələcək trayektoriyasını müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət daşıyırdı. Ən önəmli məqam, təbii ki, AZAL təyyarəsinin qəzaya uğraması fonunda yaranan gərginliyin danışıqlara necə təsir edəcəyi idi.
Görüş zamanı Vladimir Putinin açıqlamaları kifayət qədər diqqət çəkdi. Kreml başçısı AZAL-ın təyyarəsinin qəzaya uğramasını digər məsələlərlə yanaşı, Ukraynaya məxsus pilotsuz təyyarənin səmada olması ilə əlaqələndirib. Rusiya prezidenti dəqiqləşdirib ki, faciə günü Moskva Rusiya sərhədini keçən üç Ukrayna pilotsuz təyyarəsini aşkarlayıb. O bildirib ki, Rusiyanın hava hücumundan müdafiə sistemi tərəfindən atılan iki raket AZAL-ın təyyarəsinə birbaşa dəyməyib, bir neçə metr aralıda partlayıb.
Təzminat və hüquqi qiymət
Putin görüşdə AZAL-ın təyyarə qəzasında həlak olanların ailələrinə bir daha dərin hüznlə başsağlığı verib. Deyib ki, Rusiya hadisə ilə bağlı bütün cavabdeh şəxslərin hərəkətlərinə hüquqi qiymət verəcək və təzminat ödəmək üçün lazım olan hər şeyi edəcək.
Əslində, Putinin səsləndirdiyi fikirlər Azərbaycan tərəfinin hadisənin ilk günlərindən etibarən tələb etdiyi məqamlar idi. Bakı qəzadan dərhal sonra olayın şəffaf araşdırılmasını, hüquqi qiymət verilməsini və zərərçəkənlərə təzminat ödənilməsini açıq şəkildə gündəmə gətirmişdi. Rusiya tərəfi uzun müddət bu məsələni texniki müstəviyə salmağa, məsuliyyəti yumşaltmağa çalışırdı. Lakin Azərbaycan tərəfinin ardıcıl, soyuqqanlı, lakin prinsipial davranışı Moskvanın mövqeyini dəyişməyə məcbur etdi.
Əliyevdən həlledici həmlə
Prezident İlham Əliyevin bu məsələdə nümayiş etdirdiyi qətiyyət bir neçə baxımdan həlledici idi.
O, faciəyə sırf emosional deyil, dövlət məsuliyyəti və beynəlxalq hüquq müstəvisindən yanaşdı. Bakı hadisəni nə siyasi manipulyasiya vasitəsinə çevirdi, nə də onu regiondakı gərginliklərin fonunda ritorik təzyiq elementi kimi istifadə etdi. Əksinə, Azərbaycanın mövqeyi başından bəri konkret idi: bu, texniki qəza yox, nəticələri olan real hadisədir və ona görə də məsuliyyət daşıyan tərəf hüquqi addım atmalıdır.
Putinin Düşənbədə səsləndirdiyi “kompensasiya ödəniləcək və günahkarlar cəzalandırılacaq” bəyanatı məhz bu prinsipial xəttin nəticəsidir. Rusiya faktiki olaraq hadisəyə dair Azərbaycan tərəfinin irəli sürdüyü əsas tezisləri qəbul etdi. Əgər Bakı bu məsələdə emosional və qeyri-sabit mövqe nümayiş etdirsəydi, Moskva hadisəni “texniki səhv” kontekstində bağlamağa nail ola bilərdi. Amma ölkə başçısının sakit, lakin sərt diplomatik tərzi, qarşı tərəfi arqumentlərlə üz-üzə qoydu. Bu mənada Bakı Rusiya–Azərbaycan münasibətlərinin gələcəyində sürprizə imkan vermədi.
Prezidentin Putinə təşəkkürü…
Ölkə başçısının usta diplomatik soyuqqanlı yanaşması Putinlə görüşdə də özünü bir daha göstərdi. Belə ki, Prezident İlham Əliyev AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı vəziyyəti şəxsən nəzarətdə saxladığına görə rusiyalı həmkarı Vladimir Putinə təşəkkür edib.
“Bu vəziyyəti şəxsən nəzarətdə saxladığınıza görə Sizə təşəkkür etmək istərdim. Siz istintaqın gedişinə şəxsən nəzarət edirsiniz və bizim şübhəmiz yox idi ki, o, hər şeyi obyektiv araşdıracaq. Ona görə də bizim görüşümüzdə Sizin məhz bu məsələyə aydınlıq gətirməyi lazımlı hesab etdiyinizə görə bir daha minnətdarlığımı bildirmək istərdim”, – deyə dövlətimizin başçısı bildirib.
Düşənbə görüşü Bakı–Moskva münasibətlərində tonun yumşaldılması istiqamətində ilk real addım kimi qiymətləndirilə bilər. Hadisə ətrafında formalaşan emosional gərginlik artıq rasional çərçivəyə keçib və dialoq kanallarının bərpası reallığa çevrilib. Bununla belə, münasibətlərin tam əvvəlki səviyyəyə qayıdacağını demək hələ tezdir.
“Kontrollu normallaşma”
Azərbaycan tərəfi üçün əsas məsələ təkcə faciəyə hüquqi qiymət verilməsi deyil, eyni zamanda etimadın bərpasıdır. Yaxın perspektivdə münasibətlərdə “kontrollu normallaşma” modeli müşahidə olunacaq. Yəni tərəflər əməkdaşlıq kanallarını açıq saxlayacaq, lakin Bakı ölçülü və riskləri əvvəlcədən hesablayan xəttini qoruyacaq.
Nəticə etibarilə, Azərbaycan–Rusiya münasibətləri yeni mərhələyə daxil olur. Bu mərhələdə Bakı rasional davranacaq, hər jesti və bəyanatı strateji dəyərləndirəcək. Azərbaycan artıq regionda etimadını yalnız öz gücünə söykənərək formalaşdıran dövlətdir və Moskva ilə münasibətlərdə də bu yeni reallıq həlledici faktor olacaq.
Turan Rzayev
MİA.AZ
Ferdi Kadıoğlu evlənib - FOTO
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Sumqayıtda azyaşlıların "razborkası": 16 yaşlı yeniyetmə bıçaqlandı
Ərəblər daha bir məşhur məşqçi ilə anlaşdı
PSJ məhkəmədə uduzdu - Mbappeyə 61 milyon avro təzminat ödənləcək
"Ayaks" yapon müdafiəçi ilə anlaşdı
Balakəndə ağır qəza: ölən və xəsarət alanlar var
İsrail İordan çayının Qərb Sahilində 531 hektar torpağı ələ keçirib
Milyonlarla izləyicisi olan tiktoker canına qıyıb - Səbəb gizlədilir
Şagirdlərin fərdi inkişaf trayektoriyası real vaxtda necə formalaşır? - Vahid Tağıyev yazır
Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb
Qəzza yenidən bombalanıb: ölənər var
Ərdoğan iki ölkəyə xəbərdarlıq etdi: "Qara dənizdə Türk gəmilərinin vurulması...." - Türkiyə lideri Ermənistanla əlaqədən də söz açdı
Bakı 2026-cı il Dünya İdman Paytaxtı elan olunub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Ərdoğanın silahdaşı aparıcılar haqda elə iddia irəli sürdü ki... - "Onlardan daha betəri var, əgər cinayət işi açılmazsa..."
Mürvət Həsənli İctimai Şuranın sədri oldu - KTN-də...
"Evdən iş" forması - Yeni qanun parlamentdə ilk oxunuşdan keçdi
Nərimanovda dərəbəylikdir - Şirkət sakinlərin istilik, elektrik və qaz xətlərini kəsib
Hakan Fidan ABŞ səfiri ilə nəyi müzakirə edib? - Görüş + FOTO
Volkan Dəmirəl istefaya göndərildi - Yeni təyinat oldu
General-mayor vəzifəsindən azad olunub
Mərc oyunları reklamı qadağan olunacaq - Türkiyədə
Prezident İlham Əliyev amnistiya elan edib - Nə qədər məhkum azad olunacaq? (YENİLƏNİB)
Azərbaycan və Türkiyə arasında yeni anlaşma: nələr olacaq? - TƏHLİL
Cəmil Həsənli növbəti dəfə istintaqa çağırıldı
Xətaidə pirotexniki vasitə satan şəxs saxlanıldı
Deputatlar bu tarixdə toplanacaq
"Fənərbağşa"dan ayrılan məşhur hücumçu yeni kluba keçir
Qənimət Zahidə ittiham aktı elan olunub - Məhkəmə prosesi
Deputat: "Ət ala bilməyən minlərlə ailə var, şadlıq evlərində isə tonlara kabab zibilə atılır"
Vergi Məcəlləsinə dəyişiklik olunub - DETALLAR
Bu xidmətlərdən dövlət rüsumu tutulmayacaq - Yeni qanun
Xocalının daha iki kəndinə köç olub
Sabah yağış yağacaq
Tramp BBC-dən 5 milyard dollar tələb edir - Məhkəmə qəlmaqalı
İrandan Azərbaycana 31 kq narkotik keçirənlər saxlanılıb
Generalın yerinə polkovnik təyin olunacaq? - Yeni iddia yayıldı