Vardanyan Bakıda hakim qarşısında: zərərçəkmişlərin və onların hüquqi varislərinin ifadələri dinlənilib
07-10-2025 [19:07]
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi oktyabrın 7-də davam etdirilib.
Mia.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.
Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.
Zərərçəkmiş şəxs Elmir Qənbərovun hüquqi varisi – atası Rayil Qənbərov bildirib ki, övladı Xocavənddə Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı atəşlər nəticəsində həlak olub.
Zərərçəkmiş şəxs Səfiyar Məmmədovun hüquqi varisi Şəhriyar Məmmədov ifadəsində qardaşının Kəlbəcərdə düşmən atəşi nəticəsində həlak olduğunu söyləyib.
Zərərçəkmiş şəxs Müzəffər Cəfərov ifadəsində Laçında sanitar avtomobillə yaralıları təxliyə edərkən Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı atəş nəticəsində xəsarət aldığını söyləyib. Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran zərərçəkmiş şəxs sanitar avtomobilin üzərində tibbi yardım maşını nişanının olduğunu, buna baxmayaraq atəşə tutulduqlarını söyləyib.
Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarına cavablandıran zərərçəkmiş Nicat Əlizadə düşmənin açdığı atəş nəticəsində Xocalı rayonu istiqamətində xəsarət aldığını deyib.
Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandıran zərərçəkmiş Fuad Kərimov Ağdərə istiqamətində düşmənin təxribatı nəticəsində xəsarət aldığını bildirib.
Ruslan Məmmədli Ağdərə istiqamətində düşmənin açdığı atəşlər nəticəsində ayaqlarından, qolundan və bədəninin digər nahiyələrindən xəsarətlər aldığını söyləyib. Səhhətində hazırda problemlər qalır. O, dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavabında hadisə zamanı həlak olanların və özündən başqa yaralananların da olduğunu deyib.
Dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıran Murad Abbaslı Kəlbəcərdə düşmənin açdığı atəş nəticəsində yaralandığını bildirib.
Elmir Sadıqov Xocalı istiqamətində düşmənin açdığı atəşlər nəticəsində yaralandığını deyib.
Əvəz Zeynalov Ağdərə rayonunun Talış kəndində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin atəşi nəticəsində xəsarət aldığını söyləyib.
Rəvan Rzayev və Cəmaləddin Nəsirov Xocalı rayonunun Şuşakənd kəndində düşmənin açdığı atəş nəticəsində yaralandıqlarını bildiriblər. R.Rzayev deyib ki, hadisə nəticəsində bir neçə nəfər ölüb, özündən başqa daha bir neçə şəxs yaralanıb.
Ayxan Kərimli Xankəndi istiqamətində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı artilleriya atəşi nəticəsində qəlpə yaraları aldığını bildirib. Hadisə zamanı bir nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb.
Vüsal İsazadə Şuşa rayonunun Xəlfəli kəndində düşmənin drondan atdığı qumbaranın partlaması nəticəsində yaralandığını bildirib. Qeyd edib ki, hadisə zamanı yanında olmuş Mürsəl Əlizadə və Elman Süleymanov da xəsarət alıb.
Nicat İsgəndərov Şuşada Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin təxribatı nəticəsində xəsarət aldığını söyləyib.
Fuad Əmirov Şuşa rayonunun Xəlfəli kəndində düşmənin açdığı atəş nəticəsində yaralandığını bildirib.
Vurğun Sayılov Şuşa-Xankəndi istiqamətində düşmən atəşi nəticəsində yaralandığını söyləyib.
Şükür Əskərov yaralıları təxliyə edən zaman düşmənin açdığı atəşlər nəticəsində yaralandığını bildirib. Zərərçəkmiş deyib ki, təxliyə maşınının üzərində onun tibbi nəqliyyat vasitəsi olduğunu göstərən nişan olub. Buna baxmayaraq, nəqliyyat vasitəsi atəşə tutulub.
Kamran Talıblı Ağdərə istiqamətində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin atəşi nəticəsində xəsarət aldığını söyləyib. O deyib ki, hadisə zamanı həyatını itirən və özündən başqa xəsarət alanlar da olub.
Cahid Asdanov ifadəsində yaralıları daşıyırkən düşmən tərəfindən açılmış atəşlər nəticəsində yaralandığını bildirib.
Elgün Yusifli Xocavənddə Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin atəşi nəticəsində yaralandığını bildirib.
Zərərçəkmiş şəxs təqsirləndirilən R.Vardanyanın suallarına cavabında onunla tanışlığının olmadığını, sosial şəbəkələr və mətbuat vasitəsilə tanıdığını deyib.
İfadə verən zərərçəkmiş şəxs Elnur Xəlilov Xankəndidə düşmənin açdığı atəş nəticəsində hər iki ayağından yaralandığını bildirib.
Zərərçəkmiş Xalid Həsənov ifadəsində Xocavənd rayonu ərazisində düşmənin açdığı atəş nəticəsində xəsarət aldığını söyləyib. O, hadisə zamanı düşmənin müxtəlif silahlardan atəş açdığını bildirib.
R.Vardanyan X.Həsənova da oxşar sual verərək onu tanıyıb-tanımadığını soruşub. Zərərçəkmiş şəxs isə onu sosial şəbəkələr və mətbuat vasitəsilə tanıdığını bildirib.
Vüqar Məmmədzadə Xocavənddə düşmənin açdığı atəşlər nəticəsində özünün və yaxınlığındakı şəxslərin yaralandığını bildirib. Hadisə zamanı iki nəfər həlak olub.
Osman Cabbarlı Xocalı istiqamətində düşmənin açdığı atəş nəticəsində yaralandığını söyləyib.
Rövşən Əzimli ifadəsində Xocalı-Xankəndi istiqamətində düşmənin təxribatı nəticəsində yaralandığını bildirib.
İfadə verən digər zərərçəkmiş şəxslər - Mirdamət Xankişiyev, Anar Əsgərzadə, Mürsəl Əlizadə, Cabbar Cabbarzadə, Qalib Məmmədov, Qismət Əhmədov, Vüsal Məmmədov, Elsevər Qədirov, Arzuman Xankişiyev, Məhəmməd Abdullayev Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin atəşləri nəticəsində müxtəlif ərazilərdə yaralandıqlarını bildiriblər.
Sonra zərərçəkmiş şəxslər barəsində məhkəmə-tibbi ekspertizasının rəyləri elan edilib.
Məhkəmənin növbəti iclası oktyabrın 14-nə təyin olunub.
Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur(Report).
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb