Nəsimi rayoununda Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirildi - FOTOLAR
04-10-2025 [13:34]
Nəsimi rayonunda 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.
Mia.az xəbər verir ki, tədbirdə Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının aparatı, Nəsimi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və Rayonun orta təhsil müəsissələrinin işçiləri iştirak ediblər.
Tədbirdən əvvəl iştirakçılar Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək ehtiramlarını bildiriblər.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov rayon müəllimlərini təbrik edərək bildirib ki, müəllimlik tarixən Azərbaycan cəmiyyətində müqəddəs bir missiya daşıyıb: “Çünki xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasında, gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində, elm və biliklə silahlanmasında müəllimlərin rolu əvəzsizdir. Ulu Öndər Heydər Əliyev müəllimlik sənətini həmişə yüksək dəyərləndirərək deyirdi ki, “Azərbaycanın müəllimləri ən yüksək mənəviyyata, vətəndaşlıq hisslərinə malik olan insanlardır. Müəllimlik sənəti şərəfli bir sənətdir”. Bu sözlər həm o dövr, həm də bu gün üçün böyük həqiqətdir.”
Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini müvəqqəti icra edən, RİH Başçısının müavini Zahid Xəlilov müəllimləri təbrik edərək, xoş və səmimi arzularını bildirib: “Azərbaycan xalqının Ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin Azərbaycan təhsilinə diqqət və qayğısı həmişə diqqət çəkib. Təhsilin millətin taleyi üçün misilsiz əhəmiyyət daşıdığını hər zaman vurğulayan Ulu Öndər daim bu sahəyə çox böyük diqqət və qayğı göstərib. Ulu Öndərin “Müəllim dünyada yeganə şəxsiyyətdir ki, cəmiyyət özünün gələcəyini, uşaqların tərbiyəsini yalnız ona etibar edir” kəlamı müəllimlərə göstərilən yüksək hörmətin və etimadın bariz nümunəsidir”.
İcra başçısı xüsusi vurğulayıb ki, müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Məhz buna görə də Ali Baş Komandan İlham Əliyevin “Qazandığımız hər bir nailiyyətin əsasında müəllim əməyi, müəllim zəhməti dayanır” fikri bu gün Azərbaycan müəlliminin fədakar fəaliyyətinə verilən ən yüksək qiymətdir.
Tədbirdə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən təhsil işçilərinə Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı və Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim olunub.





Si Cinpin Prezident İlham Əliyevə məktubu ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabah hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"