“Kristal Bakı" "Qanlı göl"ün ətrafındakı sakinlərin "qan"ını almaq istəyir - "Şirkət nə vaxtdan tiklinin qanunsuz olduğunu müəyyən edən qurum olub ki..."
01-10-2025 [10:17]
“Kristal Bakı” şirkəti “Qanlı göl” civarındakı “Park Yasamal” layihəsinin növbəti mərhələsinin icrasına başlamağa qərar verib. Şirkət yeni çoxmərtəbəli binaların inşasından ötrü onillərdir həmin ərazidə yaşayanları zorla evlərindən çıxarmaq istədiyindən, məhkəmədə sakinlərə qarşı iddialar qaldırıb.
Mia.az-ın məlumatına görə, bu barədə AzadlıqRadiosunu həmin sakinlərdən biri - Emil Səlimov bilgiləndirib.
Onun dediyinə görə, “Kristal Bakı” ASC Yasamal Rayon Məhkəməsində, atası Rafiq Səlimov da daxil, müxtəlif ev sahiblərinə qarşı evlərin boşaldılması tələbiylə iddia qaldırıb.
Emil Səlimov bildirir ki, şirkət evinin yerində tikəcəyi binalarda sakinlərə mənzil vermək istəmir. Təklif etdiyi kompensasiyanın məbləği isə yaşadıqları ərazi üzrə bazar qiymətlərindən dəfələrlə aşağıdır. Üstəlik, ən əsası, sakinlər onillərdir yaşadıqları ərazidən köçmək istəmir, öz evlərinin sahəsinə uyğun mənzil tələb edirlər:
“Biz 30 ildir bu evdə yaşayırıq, qeydiyyatımız var. Bütün kommunal xidmətlər ödənilir. İndi 'Kristal' özbaşınalıq edir, məhkəmədə iddia qaldırır ki, 'qanunsuz tikilidir, boşaldılsın'. Bizim 85 kvadratmetrlik evimizə də 60 min manat kompensasiya təklif edir. Özü 85 kvadratlıq tam təmirsiz, təkcə daş divarı o qiymətə satarmı? Bu qədər insafsızlıq, bu qədər vicdansızlıq olmaz”.
E.Səlimov atasının ciddi sağlıq problemləri yaşadığını da deyir. Məhkəməyə verilən digər qonşular da ağır xəstəliklərdən əziyyət çəkirlər. Sakinin fikrincə, məhkəmə çəkişmələri, insanların onillərdir yaşadıqları evlərdən zorla çıxarılması faciəyə gətirib çıxara bilər:
“Bunlar nə vaxt gəlib bizə hansısa təklif elədilər ki, razılaşmadıq, məhkəməyə verdilər? Şəxsən bizim ailə heç bir məbləğdə kompensasiya istəmir, evimizin sahəsinə uyğun ev istəyirik, artıq heç nə. Ailə üzvlərimin sağlamlığı ilə bağlı istənilən xoşagəlməz halın məsuliyyəti də bu şirkətin üzərindədir”.
“Kristal Bakı” R.Səlimova qarşı “pul ödənilməklə qanunsuz tikilinin boşaldılaraq sökülməsi” tələbinə dair ASC-nin iddiasına oktyabrın 14-də baxılacaq.
Avropa Məhkəməsi “Türkiyəyə qarşı” qərarında yazır ki...
“Kristal Bakı”nın “Qanlı göl” ətrafındakı sakinlərə qarşı davranışını AzadlıqRadiosuna şərh edən vəkil Nemət Kərimlinin fikrincə, məhkəmədə belə bir iddianı qaldırmağa şirkətin subyektiv hüququ yoxdur:
“Tikinti şirkəti o insanların yaşadıqları evlərin qanunsuz tikili olub-olmadığını müəyyənləşdirəcək orqan deyil. Şirkət özlüyündə həmin evlərin qanunsuz tikili olmasına qərar verib, üstəlik, onların sökülməsi tələbiylə iddia qaldırır? Tikinti şirkəti hansı səlahiyyətlə belə addım atır?”
N.Kərimli Avropa Məhkəməsinin “Öner Yıldız Türkiyəyə qarşı” qərarını yada salır. Həmin qərarda bəhs olunan olayda zibil qutularındakı yanğının alovu yaxınlıqdakı gecəqonduya qədər yayılmış və orada bir nəfərin ölümünə səbəb olmuşdu. Türkiyədə yerli məhkəmələr gecəqondunu özbaşına tikili kimi qiymətləndirsələr də, Avropa Məhkəməsi məsələyə fərqli yanaşıb. Qərarda göstərilib ki, illərlə insanlar orada yaşayıbsa, kommunal xidmətlərə görə ödəniş olunubsa, dövlət orqanları bunu görüb və bununla da faktiki mülkiyyət hüququ tanınıb. Beləliklə, həmin qərarda məhkəmə həm yaşamaq, həm də mülkiyyət hüququnun pozuntusunu tanımışdı:
“Avropa Məhkəməsinin presedent qərarları bütün üzv ölkələr üçün keçərlidir və bizim məhkəmələr də yeri gəldikcə istinad edir. Yasamalda da insanlar 30 ildir yaşayırlar, qeydiyyatları var, dövlət orqanları faktiki onların mülkiyyət hüququnu tanıyıb. İnsanlara da ya ədalətli şəkildə - öz evlərinin sahəsinə uyğun mənzil verilməlidir, ya da özləri istəsələr, bazar qiyməti ilə kompensasiya...”.
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabah hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu