QƏZZA İLƏ BAĞLI 21 MADDƏLİK PLAN: qəbul olunsa, nələr baş verəcək? - DETALLAR
29-09-2025 [11:39]
İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampla Qəzza ilə bağlı 21 bəndlik yeni təklif üzərində anlaşdıqılarını açıqlayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, bu barədə “Fox News”a eksklüziv müsahibəsində deyib.
Benyamin Netanyahu ümid edir ki, HƏMAS və onu dəsətkləyən dövlətlər bu plana "yox" deməyəəck: "Ümid edirəm ki, bu plan uğur qazanar. Çünki biz girovlarımızın azad edilməsini, HƏMAS-ın tərksilah edilməsini və Qəzzanın silahsızlaşdırılmasını və bütün bölgənin rahat olmasını istəyirik. Həm israillilər, həm də qəzzalılar üçün artıq yeni bir gələcək qurmağın vaxtı çatıb".
Müsahibə həmçinin HƏMAS liderlərinə amnistiya təklif edilməsi və bəzi liderlərin Qəzzadan çıxarılmasına gəldikdə, Netanyahu bunun planda yer aldığını etiraf edib: “Əgər HƏMAS döyüşləri dayandırsa və bütün girovları azad etsə, liderlərinin ölkəni tərk etməsinə icazə verə bilərik".
ABŞ mətbuatı isə 21 bəndlik planının detallarını əldə edərək yayıblar.
Plana əsasən:
1. Qəzza qonşuları üçün heç bir təhlükə yaratmayan, radikallaşmanın aradan qaldırıldığı terrordan azad zona olacaq.
2. Qəzza (Fələstin) xalqının xeyrinə yenidən qurulacaq.
3. İsrail və HƏMAS bu təklifi qəbul edərlərsə, müharibə dərhal sona çatacaq, İsrail ordusu bütün hücumları dayandıracaq, Qəzza zolağından tədricən geri çəkiləcək.
4. İsrailin bu razılaşmanı ictimaiyyətə qəbul etməsindən sonra 48 saat ərzində diri və ölü bütün israilli məhbuslar geri qaytarılacaq.
5. Əsirlər qaytarıldıqdan sonra İsrail ömürlük həbs cəzası çəkən fələstinli məhbus və cəsədləri geri qaytaracaq.
6. Əsirlər geri qaytarıldıqdan sonra dinc yanaşı yaşamaq vəd edən Həmas üzvləri əfv olunacaq, Qəzza zolağından çıxmaq istəyən üzvlərə isə ev sahibliyi edən ölkələrin iştirakıyla keçid hüququ veriləcək.
7. Razılaşma əldə edildikdən sonra 2025-ci ilin yanvar ayındakı razılaşmaya uyğun olaraq humanitar yardım Qəzza zolağına daxil olacaq. Bu, gündə 600 yük maşın və infrastrukturun yenilənməsi üçün lazım olan avadanlıqların və dağıntıların çıxarılması üçün əlavə yardımlardan ibarət olacaq.
8. Yardım hər iki tərəfin (Həmas və İsrail) müdaxiləsi olmadan Birləşmiş Millətlər Təşkilatı (BMT), Qızıl Aypara və digər müstəqil beynəlxalq təşkilatlar tərəfindən paylanacaq.
9. Qəzza fələstinli texnokratlardan ibarət müvəqqəti keçid hökuməti tərəfindən idarə olunacaq və bu hökumət əhaliyə gündəlik xidmətlər göstərməkdən məsul olacaq. Hökumətə ABŞ-ın ərəb və avropalı tərəfdaşları ilə məsləhətləşərək yaratdığı yeni beynəlxalq təşkilat nəzarət edəcək.
10. Qəzzaya investisiyaların cəlb edilməsi və iş yerlərinin yaradılması üçün iqtisadi plan hazırlanacaq.
11. İştirakçı ölkələrlə birgə bölgədə güzəştli tariflərlə iqtisadi zona yaradılacaq.
12. Heç kim Qəzzanı tərk etməyə məcbur edilməyəcək və tərk etməyi seçənlərin geri qayıtmasına icazə veriləcək. Bundan əlavə, Qəzza sakinlərinə orada qalmaq təşviq ediləcək
13. HƏMAS-ın Qəzzanın idarə olunmasında heç bir rolu olmayacaq. Hücum xarakterli hərbi infrastrukturun, o cümlədən tunellərin sökülməsi və tikintisinin dayandırılması barədə öhdəlik götürəcək. Qəzzanın yeni liderləri qonşuları ilə dinc yanaşı yaşamaq öhdəliyinə sadiq qalacaq.
14. HƏMAS və Qəzzadakı digər silahlı qruplarının öz öhdəliklərini yerinə yetirməsi və Qəzzanın İsrail və öz xalqı üçün təhlükə yaratmamasını təmin etmək üçün regional tərəfdaşlar təhlükəsizlik zəmanəti veriləcək.
15. Birləşmiş Ştatlar Qəzza zolağında təhlükəsizliyə nəzarət etmək üçün dərhal yerləşdiriləcək müvəqqəti beynəlxalq sabitləşdirmə qüvvələrinin yaradılması üçün ərəb ölkələri və digər beynəlxalq tərəfdaşlarla işləyəcək. Bu qüvvə uzunmüddətli daxili təhlükəsizlik orqanı kimi Fələstin polisini yaradacaq və onlara təlim keçəcək.
16. İsrail Qəzzanı işğal etməyəcək və ya ilhaq etməyəcək və dəyişən təhlükəsizlik qüvvələri bölgədə sabitliyi təmin etdikcə, İsrail ordusu hazırda işğal etdiyi ərazini tədricən təhvil verəcək.
17. HƏMAS bu təklifi gecikdirsə və ya rədd edərsə, yuxarıdakı məqamlar terrordan azad zonalarda həyata keçiriləcək və İsrail ordusu bu əraziləri tədricən beynəlxalq sabitləşdirmə qüvvələrinə təhvil verəcək.
18. İsrail Qətərə gələcəkdə hər hansı hücum etməyəcəyi öhdəliyi götürür. ABŞ və beynəlxalq ictimaiyyət Dohanın Qəzzada mühüm vasitəçilik rolunu tanıyır.
19. Əhalinin radikallaşmadan "təmizləmək" üçün kompleks tədbirlər planı hazırlanacaq. Bu proses İsrail və Qəzzada zehniyyəti və rəvayətləri dəyişdirmək üçün dinlərarası dialoqu da özündə birləşdirəcək.
20. Qəzzanın yenidən qurulması davam etdikcə və Fələstin Muxtariyyətində islahat proqramı həyata keçirildikcə, Fələstin xalqının arzusu kimi tanınan Fələstin Dövlətinin qurulmasına doğru etibarlı bir yol xəritəsi hazırlanacaq
21. Birləşmiş Ştatlar dinc yanaşı yaşamaq məqsədiylə İsrail və Fələstinlilər arasında daim dialoq halında olacaq.
Tahir Şəlvəli
MİA.AZ
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb