"Jurnalistlərin Binası"nda qalmaqal yaradan "CityNet"... - İndi də redaksiyanı internetsiz qoyub
26-09-2025 [12:08]
Azərbaycanda internet provayderlərinin xidmət keyfiyyətinin bərbad vəziyyətdə olduğunu xüsusi izah etməyə ehtiyac yoxdur. Lakin bu provayderlərin arasında bərbaddan da bərbad olanları var ki, bunlardan da biri “CityNet”-dir...
Provayderin küçə-küçə, ev-ev düşüb xidmət təklif edən əməkdaşları əhalini, ayrı-ayrı təşkilatları guya keyfiyyətli, sürətli internet və sərfəli qiymətlərlə şirnikləndirir. Ancaq bu vədlərə inananlar çox keçməmiş necə bir tora, daha dəqiq desək, necə bir zibilə düşdüklərini anlayırlar. İnternetin verilməsində tez-tez baş verən kəsintilər, 3-5 gündən bir ümumiyyətlə internet verilişinin “texniki işlər” adı altında dayandırılması abunəçiləri təngə gətirib.
Elə “AzPolitika” saytının redaksiyası olaraq, bu provayderin abunəçisi kimi biz özümüz də “CityNet”-lə müqavilə bağlamağımıza, yumçaq desək, peşmanıq.
Elə bu gün – sentyabrın 26-sı səhər saatlarından başlayaraq, Xətai rayonu, 8 noyabr prospekti 23 ünvanında yerləşən redaksiyamız internetsiz qalıb. Operatorla canlı əlaqə saxlamaq mümkün deyil. Heç kim telefonu götürüb baş verənlərə görə izahat vermək istəmir. Saytda iş saatı 8.00-da başladığı halda, redaksiyaya intenet yalnız saat 10-u keçəndən sonra verilib. Şirkət rəhbərliyi ilə əlaqə saxlamaq isə ümumiyyətlə mümkünsüzdür, operatorlar rəhbərlikdən heç kimin nömrəsini vermir.
Bu gün səhərdən şirkətə edilən zənglərə robot tərəfindən cavab olaraq “Nərimanov rayonunda gedən texnili işlərlə əlaqədar” internetin olmadığı elan edilir. Bilmək omur, Nərimanovda gedən işlərin Xətai rayonuna nə aidiyyatı var və bu işlər nə zaman bitəcək?
Ümumilikdə sözügedən provayderdə 3-5 gündən bir texniki işlər adı altında bu cür uzunmüddətli kəsintilər adi hal alıb. Texniki xidmət, servis bərbad vəziyyətdədir. Dəfələrlə çağırdığımız şirkətin texniki əməkdaşları isə şikayətlərimizi eşidəndən sonra “başqa provayder seçin” deyirlər. Yəni, abunəçi işini-gücünü atıb, 3 gündən bir provayder dəyişməlidir? Xidmət mədəniyyəti budur?
Lakin bu şirkətin yalnız bir “üstün” cəhəti var: abunə haqqı bircə saniyə gecikən kimi internet kəsilir. Yəni, pul almaqda ustadırlar, vaxtlı-vaxtında, kəsintisiz, keyfiyyətli internet verməkdə isə sıfırdırlar! Təbii ki, internetin kəsilməsindən işi internetlə bağlı olan insanlara, təşkilatlara dəyən maddi və mənəvi ziyansa provayderi qəti maraqlandırmır...
Bütün bunları ictimailəşdirməkdə məqsədimiz əlbəttə ki, anti-reklam deyil. Sadəcə, operatorlar vasitəsilə provayder rəhbərliyinə çatdıra bilmədiklərimizi sayt vasitəsilə çatdırmaq məcburiyyətindəyik. Bəlkə məsuliyyətlərini dərk edər və olmayan abunəçiyə xidmət mədəniyyəti məsələsi üzərində düşünərlər...
Yeri gəlmişkıən, Mia.az yada salır ki, vaxtilə "MTN işi"nə görə tutulan Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq baş direktoru Beytulla Hüseynova məxsus olan, lakin həbsindən sonra "əl dəyişən" “CityNet” ticarət nişanının sahibi “Uninet” MMC avqust ayında “KATV1” ticarət nişanının sahibi “AG telekom” MMC-ni də satın aıb.
Artıq hər iki MMC-nin qanuni təmsilçisi İlqar Şamil oğlu Nəhmədovdur.
Maraqlıdır, KATV1 niyə satılıb? Ümumiyyətlə, Sity-net bu gücü haradan və necə alır ki?
Onu da qeyd edək ki, Şirkət Bakının Səbail rayonu ərazisində yerl\şən Jurnalistlərin bnasında da "hoqqa"lar verib. Bu barədə Mia.az-da bir neçə xəbər yayımlanıb.
MİA.AZ
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb