"E-qanun.ai" platforması istifadəyə verilib
25-09-2025 [15:14]
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Ədliyyə Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində ərsəyə gəlmiş, Azərbaycanın hüquqi sənəd və qanunvericilik bazasında effektiv axtarış etməyə imkan verən "E-qanun.ai" platforması istifadəyə verilib.
Mia.az Ədliyyə Nazirliyinə istinadla bildirir ki, "Azərbaycan Respublikasının 2025 – 2028-ci illər üçün süni intellekt Strategiyası"nın icrası məqsədilə hazırlanmış bu süni intellekt məhsulu Strategiyanın 8.2.2-ci yarımbəndində qeyd olunan təbii dil emalı istiqamətlərinin gücləndirilməsi tədbirlərindən biridir:
"Təqdimat mərasimində ədliyyə nazirinin müavini Toğrul Hüseynov, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov, aidiyyəti qurumların nümayəndələri, hüquqşünaslar və media nümayəndələri iştirak ediblər.
"E-qanun.ai" Ədliyyə Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin birgə müəyyənləşdirdiyi texniki şərtlər əsasında AZCON Holding şirkətlərindən olan Milli Süni İntellekt Mərkəzi tərəfindən hazırlanıb. Sistem hüquqi aktların vahid elektron bazasına əsaslanan, süni intellekt dəstəkli, innovativ hüquqi axtarış platformasıdır.
İstifadəçilər üçün sürətli təhlil və dəqiq nəticə təqdim edən platforma hüquqi sahədə yaranan suallara operativ və etibarlı şəkildə cavab əldə edilməsini hədəfləyir.
Platformanın əsas məqsədi qanunların hər kəs üçün daha əlçatan və anlaşılan olmasını təmin etməkdir.
Burada istifadəçilər hüquqi məlumatı mətnə, mənaya görə və ya hibrid formada axtara, onun süni intellekt əsaslı təhlilini görüntüləyə və əvvəlki axtarışlarının tarixçəsinə öz şəxsi hesablarında baxa bilərlər.
Platformanın bazasında normativ hüquqi aktlar, normativ xarakterli aktlar, qeyri-normativ hüquqi aktlar və rəsmi mətnlər mövcuddur.
Platformanın əsas üstünlüyü süni intellekt texnologiyası ilə axtarış nəticəsinin təhlili, anlaşılan, qısa xülasənin istifadəçiyə təqdim olunması, nəticələrin filtrlənməsi, qovluqlarda saxlanılmasıdır.
Platforma həm də hüquqşünaslar və əlaqəli sahədə çalışan hər kəs üçün iş prosesini sadələşdirməyi hədəfləyir".
"Növbəti mərhələdə platforma istifadəçilərinin, eləcə də hüquqşünasların ehtiyaclarına uyğun və onların işini daha da asanlaşdıracaq təkmil funksiyaların təqdim olunması nəzərdə tutulub",- məlumatda qeyd edilib
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb