“Qarabağın azad olunması və dirçəlişində ictimai həmrəyliyin rolu” mövzusunda dəyirmi masa keçirilib
25-09-2025 [12:44]
Anım Gününün beşinci ildönümü münasibətilə “Qarabağın azad olunması və dirçəlişində ictimai həmrəyliyin rolu” mövzusunda dəyirmi masa keçirilib.
Mia.az xəbər verir ki, Qarabağ Dirçəliş Fondu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatları, dövlət və hökumət rəsmiləri, Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin ailə üzvləri, qazilər, etnik və dini icma rəhbərləri, eləcə də ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
İlk olaraq Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Açılış nitqi ilə çıxış edən Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev qeyd edib ki, Qarabağ uğrunda əldə olunmuş tarixi Zəfər xalqımızın sarsılmaz birliyi və həmrəyliyinin parlaq təcəssümüdür.
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi və siyasi iradəsi xalqı vahid amal ətrafında birləşdirdi, əsgərlərimizin böyük qəhrəmanlığı və milli həmrəylik bu zəfərin əsas dayaqlarından biri oldu”, - deyə İdarə Heyətinin sədri vurğulayıb.
Qarabağın bərpası ilə bağlı fikirlərini bölüşərkən Rəhman Hacıyev bildirib ki, dövlət başçısının rəhbərliyi altında işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri cəmiyyətin müxtəlif təbəqələrinin fəal iştirakı sayəsində daha da güclənir və geniş vüsət alır. O vurğulayıb ki, ictimai həmrəylik və koordinasiyalı fəaliyyət bu mühüm işlərin daha sürətli və səmərəli şəkildə həyata keçirilməsinə imkan yaradır. Həmçinin, xalqımızın vahid məqsəd və həmrəylik ətrafında birləşməsi yalnız bu böyük missiyanın uğurla həyata keçirilməsinin təməlini qoymur, həm də Qarabağın uzunmüddətli inkişafı və gələcək nəsillərin firavan həyatı üçün möhkəm və etibarlı zəmin yaradır.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov qeyd edib ki, 27 Sentyabr – Anım Günü xalqımızın milli iradəsinin və birliyinin təntənəsinin rəmzidir. Prezident İlham Əliyevin Sərəncamı ilə 27 Sentyabrın Anım Günü elan olunması şəhidlərimizə, onların ailələrinə, xalqımıza verilən yüksək qiymətin və dərin ehtiramın bariz nümunəsidir: “Bu gün biz böyük qürur hissi ilə şəhidlərimizi yad edir, onların müqəddəs ruhları qarşısında baş əyirik. Onlar Azərbaycan torpaqlarının azadlığı, ərazi bütövlüyü və dövlətimizin suverenliyi uğrunda canlarını fəda etdilər. Tariximizə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsi sübut etdi ki, Azərbaycan xalqı öz doğma torpaqları uğrunda bir yumruq kimi birləşərək, bütün çətinliklərin öhdəsindən gələ bilər. Qazandığımız tarixi Zəfər şəhidlərimizin qanı, qazilərimizin igidliyi, ordumuzun gücü və xalqımızın birliyi sayəsində mümkün oldu”.
İcraçı direktor bildirib ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi hər zaman milli birliyi, vətənpərvərlik ruhunu, Azərbaycan xalqının əsrlərdən bəri formalaşdırdığı sülh, tolerantlıq və multikultural dəyərləri təbliğ edir: “Bu dəyərlər Vətən müharibəsində qazandığımız qələbədən sonra işğaldan azad edilmiş bütün ərazilərimizin dirçəlişində də əsas yol göstəricimiz olacaq. Qarabağ Dirçəliş Fondu ilə birgə təşkil etdiyimiz tədbir də məhz bu amalın davamıdır. Bizim borcumuz yalnız şəhidlərimizin xatirəsini anmaq deyil, eyni zamanda onların arzularını gerçəkləşdirmək, azad edilmiş torpaqlarımıza yenidən həyat vermək, sülhün və rifahın təmin olunması uğrunda var gücümüzlə çalışmaqdır”.
Azərbaycan Dillər Universitetinin rektoru, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının sədri, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü Kamal Abdullayev vurğulayıb ki, 44 günlük Vətən müharibəsi təkcə hərbi zəfər deyil, həm də mənəvi zəfərdir. Bu müharibə göstərdi ki, xalqın gücü yalnız silahda deyil, onun qəlbində, iradəsində və birliyindədir.
“Azərbaycan həmişə fərqliliklərin harmoniyasını özündə yaşadan bir ölkə olub. Bizim multikultural ənənələrimiz, tolerantlıq mühitimiz əsrlərin sınağından keçib. Vətən müharibəsi bu dəyərləri yeni müstəviyə çıxardı – göstərdi ki, müxtəlifliyin içindəki birlik, mədəniyyətlərin və dinlərin vəhdəti, əslində, milli gücün və qələbənin təməlidir. Bu gün Qarabağda yenidən canlanan həyat həm də birlik, həmrəylik, qarşılıqlı hörmət və etimad üzərində qurulur” - deyə, akademik Kamal Abdullayev qeyd edib.
Qarabağ Dirçəliş Fondunun Fandreyzinq və kommunikasiya şöbəsinin müdiri Pərvin Bağırovanın moderatorluğu ilə keçən tədbirdə çıxış edən Milli Məclisin deputatları Fariz İsmayılzadə, Tural Gəncəliyev, Ceyhun Məmmədov, Mixail Zabelin, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Qafqaz Müsəlmanları İdarəsinin sədrinin müavini Fuad Nurullayev, etnik-dini icmaların nümayəndələri və digər natiqlər qeyd ediblər ki, Vətən müharibəsində qazandığımız tarixi qələbə təkcə hərbi gücümüzün deyil, həm də ictimai həmrəyliyimizin, milli və dini müxtəlifliyimizin birgə dəyərə çevrilməsinin nəticəsi oldu. Azərbaycanda yaşayan bütün xalqlar, dini konfessiyalar, müxtəlif icmalar həmin dönəmdə bir amal uğrunda birləşərək dövlətimizin yanında olduqlarını nümayiş etdirdilər.
Qeyd edək ki, tədbir zamanı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən hazırlanan və Zəfər Gününə həsr edilən “Biz birlikdə güclüyük” qısa metrajlı sənədli film də nümayiş olunub.
Eyni zamanda tədbir iştirakçıları işğaldan azad edilən ərazilərdə aparılan bərpa-quruculuq işlərini əks etdirən “Faciədən Zəfərə” fotosərgisi ilə tanış olublar.
İcra başçısının köməkçisi işdən çıxarıldı - Sərxoş halda...
Tramp Xameneiyə mesaj verdi: "Çox narahat olmalıdır..." - ""Eşitdiyimə görə, İran..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ və İran rəsmiləri bir-birləri ilə dilləşiblər - Amerika rəsmiləri "Axios" maraqlı məlumat yaydı
Ərdoğan Misir prezidentinə "Togg" hədiyyə etdi
Tahir Kərimliyə ağır itki üz verib
ABŞ Suriyada 5 ardıcıl əməliyyat keçirib
Türkiyədə həbs edilən futbolçunun xanımı: "Onu 30 il cəza alanlarla bir yerdə niyə saxlayırlar?"
Türkiyə Kuboku: "Alanyaspor" 4 qolla qalib gəldi
ABŞ-İran görüşü dalana dirənib - Dövət katibi Türkiyədə görüşdən yayınan Tehrana elə şərt qoydu ki...
Göygölda 40 yaşlı şəxsi kim öldürüb?
"Devalvasiya yaxın illərdə olmayacaq" - Mərkəzi Bank sədri iqtisadçılarla görüşdə belə deyib
Prezidentə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olundu - VİDEO, FOTO (YENİLƏNİB)
Mehriban Ələkbərzadəyə AzTV-də vəzifə verildi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rüfət Nasosnu: "Verilişimdə cəmi 6 dəqiqəlik reklam var, 2 saat 24 dəqiqə danışıram"
"Bulvar"ın keçmiş rəhbəri yenidən hakim qarşısına çıxarıldı
"Azercell Telecom"dan sosial şəbəkələrdə yayılan saxta təkliflərlə bağlı - Açıqlama
Xətaidə unikal olay: 42 yaşlı şəxsi təhdid edən 3 nəfər qandallandı
"PARTİYANI QIZIMA CEHİZ KİMİ VERMƏMİŞƏM..." - Fəzail Ağamalıdan deputat övladı ilə bağlı iddialara reaksiya
Rusiyanın neft və qaz gəlirləri iki dəfə azalıb - Rəqəmlər
DİM: "2000-3000 marker müəllim yazı işlərini yoxlayır"
Bakıda azyaşlı qız atasını öldürdü
Agentlikdə kadr dəyişikliyi olub
Kante bu gecə İstanbula gəlir
Deputat: "15 region yaradılmalı, hər regionun özünün məclisi olmalı və..." - MÜSAHİBƏ
Keçmiş hakimin şikayəti təmin edilmədi
Azərbaycana sibir soyuq hava kütləsi daxil olub
Çin və Rusiya liderləri videobağlantı çərçivəsində görüşüblər - GÜCLƏR BİRLƏŞDİRİLİR?
“Kontakt Home” mağazalar şəbəkəsi daha bir müştərini narazı salıb
Məşhur yazıçının pedofil milyarderə mesajı: "Tanrı uydurmadır, gözəl qızlar gerçəkdir"
Milli Məclisdə bələdiyyələrlə bağlı müzakirə aparılacaq
BAKIYA QAR YAĞACAQ - Sabahın hava proqnozu
İmamoğlunun qaynı saxlanıldı - Narkotik ittihamı ilə
Dövlət Xidmətinin Gəncə ərazi şöbəsinə yeni rəis təyin olunub
Bakıda güclü külək - Ağaclar aşıb
İlham Əliyevlə Paşinyan geniş tərkibdə görüşüblər - BƏƏ-də nələr razılaşdırıldı? + FOTOLAR (YENİLƏNİB)
Rejissor: "Filmdə söyüş söymək ola bilər, amma..."