Keçmiş kollec direktoru haqqında cinayət işi açılma xəbərinə belə reaksiya verdi: "Xəbərsizəm..."
17-09-2025 [16:57]
Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən İqtisadiyyat və Humanitar Kollecin keçmiş direktoru Səhər Orucovanın rəhbərliyi dövründə ciddi qanun pozuntularına yol verildiyi iddia edilir.
Mia.az xəbər verir ki, bu barədə Teleqraf-a kollecdə çalışan bir qrup müəllim məlumat verib.
İddialara görə, Səhər Orucova təhsil ocağının imkanlarından ancaq öz maraqları üçün istifadə edib. Bildirilib ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi kollecdə yoxlamalar aparıb, pozuntuları aşkara çıxarıb.
Məsələ ilə bağlı Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi yoxlamaların aparıldığını təsdiqləyib və bunun Elm və Təhsil Nazirliyi ilə birgə həyata keçirildiyi vurğulanıb: “Yoxlamalar nəticəsində S.Orucovanın əmək fəaliyyəti dövründə vəzifə səlahiyyətlərindən sui-istifadə və küllü miqdarda mənimsəmə halları müəyyən edilib. Aparılmış araşdırma materialları əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 179.3.2-ci (külli miqdarda özgə əmlakını mənimsəmə və israf etmə) maddələri üzrə cinayət işi başlanılıb”.
Qeyd edilib ki, bununla əlaqədar Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin 30 iyun 2025-ci il tarixli müvafiq əmri ilə Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecinin direktoru Səhər Orucova ilə bağlanmış əmək müqaviləsinə müddətin bitməsi səbəbindən xitam verilib.
Səhər Orucova açıqlamasında barəsində səslənən iddialarla bağlı məlumatsız olduğunu deyib: “İlk dəfədir haqqımda belə fikirlər eşidirəm. Bunlar səhv məlumatlardır. Cinayət işi ilə bağlı da xəbərsizəm, bunu da ilk dəfə eşidirəm”.
Məsələ ilə əlaqədar Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Preventiv tədbirlər və təhqiqat idarəsinə də sorğu ünvanlanıb.
Qeyd edək ki, Səhər Orucova Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, həmçinin Azərbaycanın Qırğız Respublikasındakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucovun qızıdır.
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb