Vəkilin pulunu verməyən idmançı haqqında qərar verildi - Xətaidə qalmaqal
16-09-2025 [11:49]
“Olympus Park” tikinti şirkətinin Xətai rayonunda “Lider” idman klubunu sökməsi, yerində bina inşa etməsi ilə bağlı yaranan problemə görə məhkəmə çəkişmələri barədə məlumatlar dərc etmişdik. Bu qalmaqallı iş təxminən 2 il davam etdi. 2023-cü ilin aprel ayında isə qalmaqallı işlə bağlı tərəflərin razılığından sonra məhkəmə yekun qərarını verdi.
Mia.az Musavat.com-a istinadla xəbər verir ki, “Olympus Park” tikinti şirkətinin Xətai rayonunda “Lider” idman klubunu qanunsuz olaraq sökməsinə görə obyektin sahibi İlham Sərdarov 1.7 milyon manata yaxın təzminat tələb edirdi. Lakin tərəflər bu məbləğə razılaşmadığı üçün bir neçə instansiya məhkəməsində məhkəmə prosesləri baş tutdu. Həm şirkətin, həm də zərərçəkmişin xeyrinə məhkəmə qərarları çıxsa da, tərəflərin heç biri geri çəkilmirdi.
Nəhayət, 2023-cü ilin aprel ayında tərəflər razılığa gəldi. Razılığa əsasən, “Olympus Park” zərərçəkmiş tərəfə ümumi dəyəri 1 milyon 600 min manata yaxın əmlak və nağd pul ödədi.
Tərəflərin razılığından 2 aya yaxın vaxt keçəndən sonra başqa bir qalmaqallı hadisə ortaya çıxdı.
Bu dəfə “Lider” idman klubunun rəhbəri olan İlham Sərdarovu öz vəkili İntiqam Hacıyev məhkəməyə verdi. Buna səbəb isə İlham Sərdarovun müqavilə öhdəliyini yerinə yetirməməsi oldu. Belə ki, İlham Sərdarov müqavilədə razılaşmışdı ki, iş onun xeyrinə yekunlaşdığı təqdirdə alacağı təzminatın 2 faizini ödəniş olaraq vəkilinə verəcək. Amma “Olympus Park”a qalib gələndən sonra vədinə əməl etməyib və müqavilə şərti ilə razılaşmadığını deyib.
Vəkil isə müqavilə şərtinə əsasən İlham Sərdarovdan ödəniş olaraq 2 faizlik ödənişi tələb etdiyini bildirib. Buna görə də vəkil məhkəməyə müraciət edib.
Çıxarılan məhkəmə qərarı ilə İlham Sərdarova vəkilinə 10 min manat pul vəsaiti ödəməlidir. Həmçinin 600 manata yaxın məhkəmə xərcləri də İ.Sərdarov tərəfindən ödənilməlidir.
Bu qətnamə 4 aprel 2025-ci il tarixdə bakı Apellyasiya Məhkəməsi tərəfindən icraya yönəldilib.
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb