Yeni dərs ilimiz mübarək! - Vahid Tağıyev yazır
13-09-2025 [17:16]
Vahid Tağıyev,
Təcrübəli, qabaqcıl təhsil işçisi
***
Bu gün öz tarixinin ən şanlı, güçlü və nüfuzlu dövrünü yaşayan Azərbaycanda təhsilin səviyyəsi beynəlxalq standartlara yüksəlməlidir!
Yeni dərs ilində bütün təhsil ictimaiyyətinə – müəllimlərə, şagirdlərə, tələbələrə, valideynlərə və bu sahədə zəhməti olan hər kəsə uğurlar arzulayıram!
Son illərdə olduğu kimi bu il də yeni dərs ilinə böyük sevinc, qürur və inamla başlayırıq. Torpaqlarımız düşməndən azad ediləndən, suverenliyimizin tam bərpasından sonra Azərbaycan ildən-ilə daha da sürətlə inkişaf edir, iqtisadi, hərbi gücü, siyasi nüfuzu və mövqeyi ilə dünyanın aparıcı dövlətlərindən birinə çevrilir. Yaxın günlərdə fəxarət hissi ilə şahidi olduq ki, ABŞ və Çin kimi super güclərin liderləri Azərbaycanı və Prezidentimiz İlham Əliyevi özlərinin yaxın müttəfiqi və dostu kimi dünyaya təqdim etdilər.
Ulu Öndər Heydər Əliyevin uzaqgörənliklə dediyi “Azərbaycan dünyaya günəş kimi doğacaqdır” fikri artıq reallığa çevrilmişdir.
Unutmamalıyıq ki, beynəlxalq arenada mövqeyimizi qorumaq, çoxşaxəli inkişafı daimi olaraq təmin etmək və dayanıqlı gələcəyimizi qurmaq – hər şeydən əvvəl təhsilimizlə bağlıdır. Biz dünyaya milli təhsil brendimizlə çıxmalıyıq. Bunun üçün insan kapitalı, siyasi iradə, maddi imkanlar və digər resurslarımız kifayət qədərdir. İndi əsas məsələ onları düzgün dəyərləndirmək.
Ümumilikdə götürsək faktlar və müşahidələr göstərir ki, respublika üzrə müəllimlərin çox hissəsinin ixtisasları üzrə bilik səviyyəsi heç vaxt indiki kimi yüksək olmayıb. Bu, təhsilimizin böyük nailiyyəti, uğurlu gələcəyi üçün başlıca amillərdən biridir. Bütün varlığı ilə fədakarcasına çalışan istedadlı müəllimlərimiz milli sərvətimizdir! Onlar dərin hörmətə və ehtirama layiqdir!
Bütün təhsil işçiləri, peşəsindən, məşğuliyyətindən asılı olmayaraq hər bir vətəndşımız təhsilimizin inkişafı üçün məsuliyyətlə, var gücü ilə bacardığını etməlidir. Ən önəmlisi isə təhsilə rəhbərlik edənlər, strukturu idarə edənlər müəyyən edilmiş strategiyaya uyğun hədəfləri vaxtında, düzgün müəyyənləşdirməyi, təhsil müəssisələrinin fəaliyyətini inkişafetdirici istiqamətə yönəltməyi, nəticələri obyektiv qiymətləndirməklə daim inkişaf yönümlü “canlı lift mexanizmi” rolunu oynamalıdır.
Yeni dərs ilində təhsilimizin inkişafı naminə hamımıza uğurlar arzulayıram!
MİA.AZ
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb