"Differensiallaşdırılmış su tariflərinin tətbiqi planlaşdırılır" - Ekspert rəsmi şəxsin "əsası"nı əsassız saydı
12-09-2025 [17:47]
"Gələcəkdə Azərbaycanda müxtəlif kateqoriyalı istehlakçılar üçün differensiallaşdırılmış su tariflərinin tətbiqi planlaşdırılır".
Bu barədə Su Ehtiyatlarının Mühafizəsinə Nəzarət Dövlət Xidmətinin rəisi Rafiq Aslanov məlumat verib.
Onun sözlərinə görə, təşəbbüsün məqsədi ədalətli bölgü təmin etmək, aztəminatlı ailələrə dəstək, eyni zamanda sudan daha çox istifadə edən sahibkarlar üçün ayrıca tarif müəyyənləşdirməkdir.
"Söhbət qiymətlərin artırılmasından yox, istehlakçı kateqoriyaları arasında fərqlərin nəzərə alınmasından gedir. Ancaq tariflərdə mümkün dəyişikliklə bağlı qərar aidiyyəti qurumların səlahiyyətindədir", - Aslanov vurğulayıb.
O, həmçinin su ehtiyatlarından səmərəsiz istifadənin qarşısının alınması, transsərhəd çaylara nəzarətin gücləndirilməsi, su obyektlərinin uçotunun düzgün aparılması, ətraf mühitin mühafizəsi, əhalinin və sahibkarların maarifləndirmə səviyyəsinin yüksəldilməsini də prioritet istiqamətlər sırasında olduğunu qeyd edib.
Bu plan isə bəzi vətəndaşlarda limitlərin tətbiqi ilə bağlı narahatlıq yaradıb.Bəs bu, qaz və elektrik enerjisində olduğu kimi suya da limitlərin tətbiqi hesab olnurmu?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, bu addımın sosial və iqtisadi bir sıra təsirləri ola bilər:
“Bəli, “differensiallaşdırılmış tariflər” ifadəsi adətən qaz və elektrikdəki kimi limitlərin və ya istehlak həddlərinə görə fərqli qiymətlərin tətbiqini nəzərdə tutur.
Yəni müəyyən həddə qədər istehlak olunan suya daha aşağı, ondan artıq sərfiyyata isə daha yüksək tarif qoyula bilər. Bu addımın sosial və iqtisadi bir sıra təsirləri ola bilər. Suyun qənaətli istifadəsi təmin olunacaq, insanlar artıq sərfiyyatdan çəkinəcək və su israfının qarşısı alınacaq”.
Onun sözlərinə görə, tarif artımları bir sıra qruplar üçün çətinlik yarada bilər:
“Az su işlədənlər, əsasən aztəminatlı ailələr daha az pul ödəyəcək, çox sərf edənlər, imkanlı ailələr və obyektlər isə daha çox ödəyəcək. Azərbaycanın su resursları məhdud olduğundan bu addım strateji baxımdan təhlükəsizlik üçün faydalıdır. Artan tariflər hesabına su təsərrüfatının idarə olunmasına əlavə maliyyə resursları yaranacaq. Lakin bu prosesin mənfi təsirlərdən də az deyil.
Tarif artımları həssas qruplar - pensiyaçılar və aztəminatlı ailələr üçün çətinlik yarada bilər. Əgər limitlər çox aşağı müəyyənləşdirilərsə, ortagəlirli ailələr də əlavə yük daşımalı olacaq. Məktəb, xəstəxana, uşaq bağçası kimi obyektlərdə xərclər yüksələ bilər və bu da dolayı yolla dövlət büdcəsinə əlavə yük gətirə bilər".
Ekspert qeyd edib ki, bu modelin uğuru limitlərin necə müəyyən olunmasından asılı olacaq:
“Suvarma və istehsalda suya tələbat çox olduğuna görə, tariflər kənd təsərrüfatı məhsullarının qiymətlərini artıra bilər. Bu modelin uğuru limitlərin necə müəyyən olunmasından asılı olacaq.
Əgər sosial ədalət prinsipi qorunarsa, yəni minimum tələbat üçün ucuz tarif, artıq sərfiyyata görə isə yüksək tarif tətbiq edilərsə, həm suya qənaət ediləcək, həm də əhali arasında ciddi narazılıq yaranmayacaq”.
MİA.AZ
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb