İcra Hakimiyyəti vaxtilə verdiyi sərəncamları indi niyə tanımaq istəmir? - Qalmaqal + AÇQLAMALAR
12-09-2025 [16:29]
Qaradağ Rayon İcra Hakimiyyəti vaxtilə vətəndaşlara torpaq sahəsi ayrılması barədə verdiyi sərəncamları tanımaq istəmir. Belə ki, illər əvvəl torpaq sahəsi alan və ətrafına hasar çəkən 60-a yaxın vətəndaşa ev tikməyə icazə verilməyib. Bu azmış kimi torpaq sahəsinin ətrafına çəkilmiş hasarlar İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə ekskavatorla tamamilə dağıdılıb. Aldığı torpaq sahəsinə hüquqları tanınmayan vətəndaşlardan biri də Qaradağ rayonu, Qızıldaş qəsəbəsi sakini Rauf Cəfərovdur.
Mia.az-ın məlumatına görə, onun Bakupost.az -a bildirdiyinə görə,1 fevral 2000-ci ildə Qaradağ Rayon İcra Hakimiyyətinin sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün ona 6 sot torpaq sahəsi ayrılıb:

“Əlavə pul ödəmədiyim üçün həmin dövrdə mənə Lökbatanın ən ucqar yerində – qayanın dibində, zibillik "gölü"nün üstündə torpaq verdilər. Mən dərhal həmin torpaq sahəsini hasara aldım. Hasarın şəkilləri var. Hətta peyk görüntülərində də açıq-aydın görünür”.

Şikayətçinin sözlərinə görə, son illərdə ətraf torpaq sahələrində ev tikintisi başlayanda o da ev tikmək istəyib. Lakin məlum olub ki, vaxtilə verilmiş sərəncam “unudulub”. Torpaq sahəsi rəsmi xəritədə qeyd edilmədiyindən problem yaranıb. Üstəlik, Qaradağ Rayon İcra Hakimiyyətinin nümayəndələri vətəndaşa məxsus hasarı dağıdıblar:

“Buna qədər düz 15 il İcra Hakimiyyətinə gedib-gəldim, torpaq sahəsinin plan-çizgisini tələb etdim, hər dəfə bir bəhanə ilə məni süründürdülər. O dövrdə ətrafda nə yaşayış var idi, nə də tikinti. Kommunal xətlərin olmaması da tikinti işlərini mümkünsüz etmişdi”.

Rauf Cəfərov bildirib ki, baş verən qanunsuzluqla bağlı Qaradağ rayonu icra başçısı müavininin qəbulunda olanda oxşar problemlə üzləşən digər şəxslərin də olduğunu öyrənib:
“Onlar açıq şəkildə bildirdilər ki, bu cür sənədi olan 58 ərazi sökülüb. Yəni, təkcə mənim deyil, onlarla vətəndaşın haqqı əlindən alınıb. Sual yaranır: Qaradağ rayonunda torpaq sahələri qurtardığı üçün əvvəlki sərəncamlar ləğv edilir və həmin torpaqlar yeni sərəncamlarla başqalarına paylanılır? Əgər belədirsə, bu, vətəndaşın qanuni hüquqlarının açıq-aşkar pozulması deməkdir. Mənim rəsmi sərəncamım var, amma icra orqanları bu sənədi tanımır, üstəlik qanunsuz şəkildə hasarımı sökürlər".
Məsələ ilə bağlı hüquqşünas Ayxan Məmmədli bildirib ki, vətəndaşın Qaradağ rayonunda qarşılaşdığı məsələ uzun illərdir mövcud olan torpaq bölgüsü problemlərinin bir nümunəsidir:
“Azərbaycan qanunvericiliyinə görə, vətəndaşa rəsmi sərəncam əsasında torpaq sahəsi ayrılıbsa, bu sənəd hüquqi qüvvəyə malikdir və icra olunmalıdır. Əgər hər hansı səbəbdən sərəncam ləğv ediləcəksə, bu yalnız qanunla müəyyən edilmiş qaydada və əsaslandırılmış qərarla mümkündür. İcra orqanlarının “xəritədə yoxdur” arqumenti ilə vətəndaşın sənədini tanımaması ciddi suallar doğurur. Çünki xəritələrin dəqiqləşdirilməsi və qeydiyyat işlərinin aparılması dövlətin öhdəliyidir.
Torpaq sahəsinin üzərində illər əvvəl çəkilmiş hasarın xəbərdarlıq edilmədən sökülməsi də narahatlıq yaradır. Mülkiyyət hüququnun qorunması Konstitusiya ilə təsbit olunub və vətəndaşın uzun illər əvvəl əldə etdiyi hüququn birdən-birə tanınmaması ədalətsizlikdir. Bu səbəbdən məsələnin şəffaf və qanuna uyğun şəkildə həll olunması vacibdir”.
Hüquqşünasın sözlərinə görə, belə hallarda vətəndaşın atacağı ilk addım yenidən rəsmi qaydada Qaradağ Rayon İcra Hakimiyyətinə müraciət etmək, sərəncamın qüvvədə olduğunu təsdiqləyən cavab almaqdır:
“Əgər cavab qənaətbəxş olmazsa, Bakı Şəhər İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət edilə bilər. Daha sonra məsələni inzibati məhkəmədə qaldırmaq mümkündür. Məhkəmə həm sərəncamın tanınması, həm də söküntü nəticəsində dəymiş ziyanın ödənilməsi ilə bağlı qərar çıxara bilər".
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat xidmətinin rəhbəri Ramiz İdrisoğlu-a bildirdi ki, vaxtilə torpaq sahələrinin xəritəyə salınması ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi adlanan qurum məşğul olurdu, artıq həmin qurum ləğv olunub. Hazırda bu işlə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məşğul olur:
“Dövlət Şəhərsalma və Arxitektura Komitəsi heç vaxt torpaq sahələrinin xəritəyə salınması istiqamətində çalışmayıb”.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mətbuat katibi Elmar Yaqubov isə qeyd etdi ki, bu məsələ ilə bağlı suallar yerli icra hakimiyyətinə ünvanlanmalıdır:
“Yəqin ki, icra hakimiyyətinin vətəndaşa verdiyi sərəncamın nüsxəsi arxivlərində yoxdur, yaxud da eskiz layihəsi təqdim edilməyib. Yaxud sənədin orijinallığı ilə bağlı şübhə ola bilər. Amma bu suallara yalnız icra hakimiyyəti cavab verə bilər. Bizlik məsələ yoxdur. Vətəndaş hələ son mərhələyə çatmayıb, çıxarış hüququnu əldə etməyib. Əlindəki sənədlərlə ASAN Xidmətə müraciət etsin, sənədlər yoxlanılacaq. Əgər problem aşkarlanmasa, çıxarış veriləcək”.
Məsələ ilə bağlı Milli Arxiv İdarəsinə də sorğu göndərdik. Qurumdan bildirildi ki, icra hakimiyyətlərinin sərəncam və qərarları əsasən, Milli Arxiv İdarəsinin Bakı filialına təhvil verilir:
“Vətəndaş ASAN Xidmətdə Milli Arxiv pəncərəsində ərizə yazıb cavab ala bilər”.
Göründüyü kimi, əksər dövlət qurumları vətəndaşın üzləşdiyi problemin Qaradağ Rayon İcra Hakimiyyətindən qaynaqlandığını və bütün suallara da onların aydınlıq gətirməli olduğunu deyirlər. Qaradağ Rayon İcra Hakimiyyətindən isə rəsmi sorğumuzun araşdırılacağını və müvafiq qaydada cavab veriləcəyini bildirdilər.
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb