“Azərbaycan Dəmir Yolları”nda vəzifəli əxslər arasında qalmaqal: kəsilən mükafatlar, 102-yə zəng və... - Məhkəmə rəhbərliyi günahkar bildi
12-09-2025 [11:49]
“Azərbaycan Dəmir Yolları” QSC-nın Sərnişin daşımaları departamentində Planlaşdırma və icraya nəzarət şöbəsinin keçmiş rəisi bildirir ki, iş yerində onlara çatası pulun kəsilməsinə etiraz etdiklərinə görə cəzalandırılıblar.
Onun sözlərinə görə, qanunsuz olaraq, işdən çıxarılıblar.
Mia.az Bizimyol.info-ya istinadla xəbər verir ki, keçmiş şöbə rəisi işə bərpa tələbi ilə məhkəmədə iddia qaldırıb.
O bildirib ki, uzun illərdir dəmiryolunda çalışır, bu müddətdə mükafatlara layiq görülüb.
Rəhbərlik etdiyi şöbədə işləyən Azad Ağayev ona deyib ki, onun 236 manat mükafat pulunu kəsiblər: “Buna aydınlıq gətirmək üçün şöbənin işçiləri ilə birlikdə Departamsntin rəisi Azər Fərəcovun yanına qalxdıq. Orada heç bir qanuna zidd hərəkət etməmişik. Sadəcə, danışıqlar yolu ilə məsələyə aydınlıq gətirmək istəmişik. Departamentin rəisi Azər Fərəcov ucadan qışqırırdı. Bizi otaqdan qovdu. İdarənin mühafizəçilərini çağırdı. Bu zaman məcbur olub “102”yə zəng elədim. Nəqliyyatda Polis İdarəsinin əməkdaşları həmin yerə gəldi. Bəzi araşdırmalar apardı, bununla da söhbət bağlandı”.
Onun sözlərinə görə, bir müddət sonra Nəqliyyatda Baş Polis İdarəsinə çağırıblar. Onlara məlum olub ki, “Azərbaycan Dəmir Yolları” QSC-nm sədr müavininin şikayəti əsasında onları çağırıblar. Orada onların haqqında İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib olunub və 50 manat cərimə kəsilib. Daha sonra Əmək Məcəlləsinin 70 “ç” maddəsi ilə vəzifəsindən azad edilib.
“Azərbaycan Dəmir Yolları” QSC isə bu iddia ilə razılaşmır. Bu qurumun nümayəndəsi iddia edir ki, keçmiş şöbə rəisi haqsızdır. O, Departament rəisi Azər Fərəcovun otağında ona qarşı qeyri-etik hərəkətlərə yol verib:
“Mobil telefonla qarşı tərəfin razılığı olmadan audio və video qeydiyyat aparıb, yüksək səs tonu ilə danışaraq, departament rəisinə qarşı qeyri-etik ifadə və hərəkətlərə yol verib. Ona xidməti otaqdan getməsi bildirilsə də o, xidməti otağı uzun müddət tərk etməyərək, departament rəisinin iş rejimini pozub. Görülməli olan işlərin keyfiyyətli və vaxtında icra edilməsinə ciddi maneə törədib. Yalnız polis əməkdaşlarının müdaxiləsi nəticəsində xidməti otağı tərk edib”.
Lakin məhkəmə araşdırmalardan sonra keçmiş şöbə rəisinin haqlı olduğu qənaətinə gəlib və onun xeyrinə qərar çıxarıb. Qərar verilib ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin əmri ləğv edilsin, o, Sərnişin Daşımaları Departamentində Planlaşdırma və İcraya Nəzarət şöbəsinin rəisi vəzifəsinə bərpa edilsin.
MİA.AZ
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb