“550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb” - Keçmiş sevgilisindən Hidayətə ittihamlar
11-09-2025 [17:37]
İş adamı Ş.Yunusova tanınmış fitnesçi, 1994-cü il təvəllüdlü Hidayət Məhərrəmlinin ona qarşı dələduzluq etdiyini, yarım milyondan çox pulunu ələ keçirdiyini deyir.
“Qafqazinfo”ya müraciət edən 36 yaşlı xanım biznesmen H.Məhərrəmli ilə əvvəllər sevgi münasibətində olduğunu, qarşı tərəfin onun etibarından sui-istifadə etdiyini deyib.
O iddia edib ki, bir vaxtlar taksi sürücüsü olan Hidayət hazırda əldə etdiyi hər şeyi onun hesabına qazanıb:
“5 il əvvəl Hidayət Məhərrəmli ilə o taksi sürücüsü işləyəndə təsadüfən tanış olmuşdum. Sonra mənə idman zalında məşq keçdiyini dedi. Mən məşq etdiyim zaldan çıxıb, onun məşq keçdiyi idman zalına getməyə başladım. Hidayət mənim harada işlədiyimi, nə işlə məşğul olduğumu biləndən sonra münasibətlərimiz 3-4 ayın içində daha da sıxlaşdı və mənə evlilik təklif etdi. Mən isə bir-birimizə çox güvəndiyimizi deyərək hələ 2-3 il birgə işləməyi, öz markamızı yaratmağı, onun yarışlarda iştirak edərək məşhurlaşa biləcəyini və bundan sonra rahat evlənəcəyimizi dedim və buna razılaşdıq. Münasibətlərimiz barəsində mənim və onun ailəsi də məlumatlı idi, bir-birimizin evində dəfələrlə olmuşduq, aramızda ciddi münasibət formalaşmışdı”.

Ş.Yunusova bildirib ki, bundan sonra o, Hidayətin məşhurlaşması, yarışlarda iştirakı üçün böyük məbləğdə pul xərcləyib, həmçinin Hidayətin təklifi ilə gəlir əldə etmək üçün ona çoxlu pul verib: “Münasibətimizin başlamasından sonra onun tanınması, marketinqi üçün böyük məbləğlər yatırmağa başladım. Məqsəd isə o idi ki, məşhurlaşsın, tələbələri çox olsun, birgə brend yaradaq, həmin brendi təmsil etsin və bundan gəlir əldə edək. Həmişə mənə deyirdi ki, protein satışında yaxşı pul var, yaxşı gəlir əldə edə bilərik. Mən də başladım ona hissə-hissə pullar verməyə.
Belə ki, protein satışı, idman geyimlərinin istehsalı, idman qidalarının satışı və göyərti toxumlarının satışı biznesi üçün hissə-hissə pullar almağa başladı. “Prius” markalı maşın sürdüyünə görə deyirdi ki, bu maşına görə adama hörmət qoymurlar. Ona görə əvvəlcə ona “Lexus”, daha sonra “Mercedes” markalı lüks avtomobil aldım. Ümumilikdə ona 4 dəfə, hər dəfə daha bahalı olmaqla avtomobil və avtomobil nömrə nişanı almışam. Onu ancaq “Under Armour” firmasından geyindirirdim, mənim kartımla Dubayda, Türkiyədə alış-verişlər edirdi, ən bahalı telefonlar, aksesuarlar alırdıq ki, tanınsın və bu yolla da biznesimizi də inkişaf etdirək. Hazırda boynunda olan 14 min manatlıq boyunbağını da mən almışam. Maşının üzərindəki bahalı nömrə də mənim adımadır. Lakin daha sonra məlum oldu ki, Hidayət heç bir biznes qurmayıb və vəd etdiyi şeylər də yalandır, biznes qurmaq üçün aldığı 550 min manat pulu istəyəndə isə müxtəlif yollarla bundan boyun qaçırmağa başladı”.
Şikayətçinin sözlərinə görə, Hidayət Məhərrəmli pullarını geri istədikdə onu döyməyə, eləcə də hədələməyə başlayıb: “İlk illər məni döyməyib. Lakin onun yalanlarını, vəd etdiyi biznesi qurmadığını, gəlir gətirmədiyini görərək pulumu istəyəndən sonra mənə şiddət göstərməyə başladı və dəfələrlə döyərək xəsarətlər yetirdi. Həmçinin məni müxtəlif tanışları, dövlət qurumlarında işləyən şəxslərin adları ilə şantaj etməyə başladı. Hətta qardaşımla da təhdidlər edirdi, onu tutduracağını deyirdi, mənim də başıma oyun açdıracağını, əxi dostlarına əlimi kəsdirəcəyini, evdən kənara çıxa bilməyəcəyimi deyirdi. Hər dəfə deyirdi ki, heç kim ona heç nə edə bilməz. Bütün günü sosial şəbəkədə videolar paylaşır, mənə acıq verir ki, “hara şikayət edirsən elə, həyat mənim vecimə deyil”.

Ş.Yunusova üzləşdiyi vəziyyətlə bağlı Daxili İşlər Nazirliyinə müraciət etdiyini və Hidayət Məhərrəmlinin əməlləri ilə bağlı araşdırmaların başladığını qeyd edib: “Mən əslində onunla birgə quracağımız biznes üçün daha çox xərc çəkmişəm, onun məşhurlaşması və bu yolla biznesi inkişaf etdirməsi üçün müxtəlif xarici yarışlara getməsini, ən bahalı restoran və hotellərdə qalmasını, hər il ən prestijli şəkildə ad günlərini qeyd etməsini və çəkilişlər etməsini təşkil edərək maliyyələşdirmişəm. Lakin geri istədiyim məbləğ sırf biznes qurmaq və gəlir əldə etmək adı ilə məndən aldığı vəsaitdir. Xahiş edirəm aidiyyəti qurumlar müraciətimə baxsınlar və mənə dəymiş zərərin ödənilməsinə köməklik etsinlər”.
Məsələ ilə bağlı Hidayət Məhərrəmlinin özü ilə əlaqə saxladıq. Tanınmış fitnesçi bildirdi ki, Ş.Yunusovanın iddiaları həqiqətə uyğun deyil: “Deyilənlərin hamısı yalandır, şər-böhtandır. Mənim əlimdə sübutlar, videolar var. O xanımla mən 2 ildir ki, əlaqəmi kəsmişəm. O, məni şantaj edir. Hazırda bununla bağlı polis tərəfindən araşdırma aparılır və araşdırmanın nəticəsində də hər şey məlum olacaq”.
DİN-in Mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimov sorğumuza cavab olaraq bildirib ki, vətəndaşa məxsus pul vəsaitlərinin ələ keçirilməsinə dair daxil olan müraciət üzrə DİN-in aidiyyəti baş idarəsində araşdırma aparılır. Təfərrüatlar araşdırma predmetidir.
Aslan Vəliyev



Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb