Nəsimi rayonunda qəbul imtahanlarında yüksək bal toplayan məzunlarla görüş olub - FOTOLAR
10-09-2025 [11:49]
Nəsimi rayon İcra Hakimiyyətində Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının və Nəsimi rayon Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə respublikanın ali təhsil müəssisələrinə qəbul imtahanlarında rayon üzrə yüksək bal toplayan məzunlarla görüş keçirilib.
Mia.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə RİH-nin binasında Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək, dərin hörmət və ehtiramlarını bildirdilər.
Tədbiri giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, RİH Başçısının müavini Zahid Xəlilov ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərmiş məzunları, onların valideynlərini təbrik edərək bildirdi ki, Ümummilli Liderimiz Heydər Əliyevin ötən əsrin 70-ci illərində əsasını qoyduğu təhsil strategiyası ölkəmizdə yeni təfəkkürlü və təhsilli gənc kadrların yetişdirilməsinə hesablanıb. Ulu öndər Heydər Əliyevin söylədiyi “Təhsil millətin gələcəyidir” sitatı, müasir Azərbaycanın inkişaf strategiyasında təhsilin ölkənin ana xəttinə çevrildiyini bir daha təsdiqləyir. Bu gündə onun layiqli davamçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə ölkəmizdə təhsil müəssisələrinin maddi-texniki bazası gücləndirilir, bu sahədə alınan qərarlar ölkə gəncliyinin tərəqqəsində vacib rol oynayır. Həmçinin çıxışda bildirilib ki, 2024/2025-ci tədris ilində rayonun tam orta məktəblərini 2718 nəfər şagird bitirmişdir. Məzunlarımızın ali məktəblərə qəbul imtahanlarında göstərdikləri nəticələr yüksəlmiş, belə ki, qəbul imtahanlarında abituriyentlərdən 91 nəfəri 600-dən, 47 nəfəri isə 650-dən çox bal toplamışdır. 2024/2025-ci təhsil ilinin yekunlarına görə Nəsimi rayonu üzrə 21 məzun qızıl, 2 məzun isə gümüş nişana layiq görülmüşdür.
Nəsimi rayon Ağsaqqallar Şurasının sədri, "Əməkdar elm xadimi", professor Vaqif Şadlinski bildirdi ki, bu gün elm və təhsil quruculuğunda müasir dövrün çağırışları nəzərə alınır, ölkə Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdiyi "Maddi dəyərlərin, iqtisadi potensialın insan kapitalına çevrilməsi" prinsipi ardıcıl şəkildə icra olunur. Ölkə gəncliyi elmin yeni tendensiyaları ilə yaxından tanış olur və bu meyar onların sağlam rəqabətli mühitdə inkişaf etməsinə əvəzsiz töhfə verir.
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov çıxışında elm yolunun gənclərin həyatında əvəzsiz missiya daşıdığını vurğulayıb. O, yüksək nəticə göstərən məzunların ölkəmizin gələcəyinə işıq saçan istedadlar olduğunu qeyd edərək, təhsil həyatında uğurlar arzulayıb.
Nəsimi rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva, RİH başçısının müavini Ramiz Quliyev, Nəsimi rayon Ağbirçəklər Şurasının sədri Zərifə Quliyeva, Saleh Poladi adına 159 nömrəli tam orta məktəbin direktoru Gülşən Novruzova çıxışlarında yüksək bal toplarmış abituriyentləri tələbə adı qazanmaları münasibətilə təbrik etmiş, ölkədə elm ve təhsil siyasətində aparılan islahatların nailiyyətlərindən bəhs etmişdilər.
Yüksək bal toplayan məzunlardan Gülay Mürvətova, Mübariz Əhməd, Əliəkbər Babayev, həmçinin valideynlərdən isə Rəşad Mürvətov çıxışlarında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təhsil sahəsinə göstərdikləri diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda 2024-2025-ci tədris ilində ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək bal toplayaraq nəticələr göstərən abituriyentlərə xatirə hədiyyələri təqdim edilib, məzunlar, müəllim və valideynlərlə xatirə şəkili çəkilib.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb